Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Yanvar 2017

İslam və vicdan (etiqad) azadlığı

Onlar öz ölkələrində din və etiqadın azad olduğunu göstərmək üçün bəzi toplantılar da təşkil edirlər
Düşüncə və etiqad azadlığı İslamda, həmçinin bugünkü mədəniyyətdə çox əhəmiyyətli mövzulardan biridir. Bu gün fikir, etiqad və din azadlığı bütün dünya səviyyəsində qəbul olunmuş bir şüar sayılır. Yəni dünyada hətta azadlığa inamı olmayan və öz cəmiyyətlərində müxtəlif azadlıqları, xüsusən fikir azadlıqlarını boğan hökumətlər və ölkələr də fikir, etiqad və din azadlığından dəm vurub, uyğun şüarları səsləndirirlər. Onlar öz ölkələrində din və etiqadın azad olduğunu göstərmək üçün bəzi toplantılar da təşkil edirlər. Məsələn, İslam etiqadına və İslam dininə qarşı kəskin həssaslıq göstərən bəzi ölkələrdə belə nümayişkaranə işlər görülür ki, bu ölkədə fikir və etiqad azadlığının təmini dünyada əks olunsun.
İslamın görüşü tam olaraq bəyan olunmalıdır. Əlbəttə, dünyanın şüar verdiyi, o cümlədən, həqiqətən dünyada iddia olunan fikir azadlığının mövcudluğu barədə söz çoxdur. Mən İslamın nəzərini qısa olaraq üç bölmədə deyəcəyəm:

1. Təfəkkür prinsipi;
Birinci məsələ budur ki, fikirləşmək, düşünmək İslamda nəinki azaddır, hətta lazım və vacibdir. Bəlkə də səmavi kitablar və dini yazılar arasında ikinci bir kitab tapmaq olmaz ki, Quran qədər insanları təfəkkür etməyə, həyat məsələlərində - maddi, mənəvi və insani məsələlərdə təfəkkürə, fikirləşməyə və araşdırmağa, tarixin bu kimi məsələlərində dərindən düşünməyə dəvət etsin. Hətta bundan da yuxarı odur ki, öz dini təfəkkürlərində şəkkə, tərəddüdə düşmək də İslam baxımından pis və qadağan edilmiş bir iş deyil.

2. İslam cəmiyyətlərində qeyi-islami etiqadların azadlıq həddi
İkinci məsələ budur ki, İslam etiqadı ilə mübarizə aparmaq fikrində olmayan heç bir dini inanca malik olmaq qadağan deyil, yəni cəzası yoxdur. Əgər müsəlman cəmiyyətində kiminsə qeyri-islami etiqadı olsa, lakin bu etiqad onu İslam quruluşuna qarşı çıxmağa, ona qarşı fəaliyyətə sövq etməsə, bu əqidə şəxs üçün problem yaratmır. Buna əsasən, müsəlman cəmiyyətində yəhudilər, məsihilər, zərdüştilər və müsəlman olmayan digər məzhəblərin ardıcılları yaşayırlar, öz toxunulmazlıq hüquqlarından istifadə edirlər. Onlar İslam Respublikası konstitusiyasının 23-cü maddəsinə uyğun olaraq, öz etiqadlarında azaddırlar. Yəni İslama əsasən, müsəlman cəmiyyətində etiqad qadağan deyil. Əlbəttə, “əqidə azaddır” dedikdə mənası budurmu ki, İslam haqq etiqaddan qeyrisinə inananlarla razıdır? Məlumdur ki, yox. Burada azadlıq o deməkdir ki, bu işin mühakiməsi və cəzası yoxdur. Müsəlman cəmiyyətində qeyri-islami əqidəyə malik şəxsin etiqadı İslam quruluşuna qarşı çıxmağa, ona qarşı fəaliyyətə yönəlməyibsə, bu əqidəyə malik olmaq azaddır və heç bir cəzası yoxdur.

3. Müsəlman cəmiyyətində siyasi fikirlər və cərəyanlar
Üçüncü məsələ siyasi baxışdır. Müsəlman cəmiyyətində siyasi fikirlər və cərəyanlar azaddır. Heç kimi bir siyasi, yaxud elmi fikrin daşıyıcısı olduğuna görə təqib etmirlər. İslam buna icazə vermir. Bu, Orta əsrlərdə Avropada yayılmışdı. Onlar alimləri yeni elmi kəşflərə inandıqları üçün günbəgün daha artıq təzyiqlərə məruz qoyurdular: bəzilərini öldürürdülər, bəzilərini siyasi görüşlərinə görə məhv edirdilər. İslamda bu işlərin heç biri yoxdur. İslamda belə sərtliklərə icazə verilmir.
Bizim hökumətimiz İslam hökumətidir. Onda söz azadlığı var. İnsafsızlıqla deyilən bəzi sözlər də mövcud azadlıqdan istifadə etməklə deyilir.

Ayətullah Seyid Əli Xamenei


581 بازدید
در حال ارسال اطلاعات...