Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Yanvar 2017

Ziyarət haqqında tövsiyələr - Ayətullah Məkarim Şirazi

Hədis kitablarında ziyarətin bir sıra ədəb qaydaları qeyd olunmuşdur
Birincisi, qeyd edək ki, Peyğəmbər (s) və məsum imamların (ə) ziyarəti o həzrətlərlə qəlbi bağlılıq və mənəvi əlaqə yaratmaqdır (bu istər onların məzarlarında hazır olmaqla olsun və ya uzaqdan salam və təhiyyət göndərməklə, eşq və ixlas göstərməklə və onların fəzilətlərini, kəramətlərini, ibadət və xidmətlərini bəyan etməklə olsun).
Bu ziyarətlər zəvvarların ruhi tərbiyəsi və yüksəlişində, əxlaqi və mənəvi dəyərlərə ucalmasında çox böyük təsirə malikdir. Əgər ziyarət edən nə etdiyini, nə dediyini və nə istədiyini bilmiş olsa, Allaha doğru sürətlə yaxınlaşmağı mümkün olar və onların qəbirlərindən səfalı ruhla, günahlardan paklaşaraq, insani və ilahi vəzifələrini yerinə yetirməkdə hazırlıqlı qayıdar. Hədis kitablarında ziyarətin bir sıra ədəb qaydaları qeyd olunmuşdur:
-Hər kəs məsum imamın onu dəvət etməsini və gəlməyinə icazə verməsini istəyirsə, səfərə çıxmamışdan qabaq hər kəsdən ki, ona əziyyəti və ziyanı dəyməyini güman edirsə və ya kin-küdurət aralarında varsa, xüsusilə o həzrətləri sevənlər və vilayətini qəbul edənlərdən halallıq alsın.
-Bütün həqqun-nası (insan haqlarını) və o cümlədən malının xüms və zəkatını – xüsusilə həcc səfərində – ödəsin. Çünki insanın malı paklanmasa, o maldan istifadə edərək etdiyi əməllər də düzgün olmayacaq və Allah dərgahına yaxınlaşmaq ləyaqəti yaranmayacaq.
-Təharətli olmalıdır.
-Mötəbər olmayan və səbəbsiz ziyarətlərdən çəkinmək lazımdır.
Əgər məşhur ziyarətnamələri oxumağa fürsəti və ya hövsələsi çatmasa, qısa salam da verə bilər və sonra iki rükət namaz qılıb qəbir sahibinə hədiyyə etsin və öz hacətlərini istəsin.
-Əgər başqa ziyarətçilərə narahatçılıq yaranmazsa , namaz və ziyarətdən sonra və ümumiyyətlə hərəmə daxil olduqda zərihin ətrafını öpmək müstəhəbdir.
-Bütün hallarda hüzuri-qəlbini (qəlbi hazırlığını) qorumağa çalışsın. Günahlardan istiğfar edib öz rəftar və əməllərini düzəltmək və özündə dəyişiklik yaratmaq niyyətində olsun.
-Yaxşı olar belə səfərlərdə puç və mənasız işlərdən çəkinilsin. Hər bir halda ifrat və təfrit (həddi aşmaq) yaxşı deyil.


1909 بازدید