Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Yanvar 2017

Misilsiz hidayət neməti

Deyirəm ki, paksan, yoxdur şərikin, Getmərəm ardınca başqa məlikin
Allah-Taala öz misilsiz rəhmət və lütfü ilə belə müəyyənləşdirmişdir ki, insanı müəyyən bir müddət dünyanın müəyyən bir guşəsində yerləşdirib onu təbiətin min bir neməti ilə bəhrələndirsin. Beləcə müxtəlif bitkilər, meyvələr onun ixtiyarına verildi, süfrəsi halal ətlərlə dada gəldi, yaşayışı zəruri vasitələrlə təmin edildi. Bütün bu nemətlərin fövqündə insanı doğru yola yönəldən əql və düşüncə neməti durur. İnsan məhz əql yolu ilə Allah qarşısındakı vəzifələrini tanıyıb, bu vəzifələrə əməl edir. İnsan əql neməti vasitəsilə dünyanın müvəqqətiliyini anlayıb axirət həyatına üstünlük verir. İnsan bütün maddi və mənəvi nemətlər haqqında diqqətlə düşünə bilsə anlayar ki, Allahın «rəhimiyyə rəhməti» zahir və batini, qeyb və aşkarı, yeri və göyləri bürümüşdür. Hər bir nemət haqqında dərin mütaliədən sonra insan hiss edir ki, geniş ilahi məhəbbət ağuşundadır. Məhz bu zaman insan mərifət çırağının işığında imanın köməyi ilə dosta doğru hərəkətə başlayır. Eşq yoluna çıxmış insan bütün varlığı, könlü, cismi ilə Allahın hüzurunu hiss edib, təvazökarlıqla ibadətə məşğul olur.

Deyirəm ki, paksan, yoxdur şərikin,
Getmərəm ardınca başqa məlikin.
Yalnız dərgahında gəzərəm işıq,
Tövhid sarayına Sənsən yaraşıq.
Kərimsən, Həkimsən, Rəhimsən Allah,
Böyüklərdən böyük, Əzimsən Allah.
Ehtiyacdan, dərddən-qəmdən uzaqsan,
Hər zaman, hər yerdə varsan, oyaqsan.
Acizdir vəsfində ən iti qələm,
Oxşarsız, misilsiz, yeganəsən Sən.
İzzət də cəlal da, yəqin də Səndə
Ruh olmasa, nə var bu boş bədəndə?!
Gizlini, aşkarı bilməz özgəsi,
Həmd edir içimdə ruhumun səsi.
Görməkdə bilməkdə yoxdur oxşarın,
Sənsən düzümçüsü bağlı məzarın.
Çarəsiz dil-dodaq sitayişində
Yol birdir dünyanın keşməkeşində.


İnsan doğru yol və ilahi hidayəti seçməklə vəzifəsinə və halal-harama əməl etməklə Qurani-Kərimin buyurduğuna əsasən, çox böyük bir mükafata, rəhmətə çatır və Behiştə nail olur.


1111 بازدید
در حال ارسال اطلاعات...