Şrift ölçüsü:
A+
A
A-
Kr
31 Dekabr 2016

NAMAZ QILAN ZAMAN BƏZƏNMƏK

“Saçı daramaq ruzinin cəlb olunmasına, insanın gözəlləşməsinə, ehtiyaclarının ödənilməsinə səbəb olur”
Hər bir şəxs məhəbbət bəslədiyi, möhtərəm sandığı bir şəxsin görüşünə getdikdə özünü səhmana salır, ən gözəl, təmiz paltarını geyinir, ətirlənir və s. Ən böyük məhəbbətə, ehtirama layiq olan uca Allahdır. Demək, onunla görüşə getdikdə - namaz qıldıqda özümüzü səhmana salıb, ən səliqəli paltarlarımızdan istifadə edib, ətirlənməyimiz lazımdır.
“Əraf” surəsində oxuyuruq:
“Ey Adəm oğulları! Hər bir ibadət vaxtı (namaz qılarkən, məscidə gedərkən və ya təvaf edərkən) gözəl libaslarınızı geyin…” (“Əraf”, 31.)
Quran şərhçiləri məlum ayədə qeyd edilən “zinət” sözünü açıqlayarkən yazırlar: “Bu, həm cismani zinətlər - gözəl və təmiz geyinmək, saçı daramaq, ətirlənmək və s., həm də mənəvi zinət - bütün əxlaqi sərvətlərə malik olmaq mənasındadır”.
Bu ayənin şərhində İmam Sadiq (ə) belə buyurur: “Saçı daramaq ruzinin cəlb olunmasına, insanın gözəlləşməsinə, ehtiyaclarının ödənilməsinə səbəb olur”. (“Xisal”, səh..268.)
İmam Səccad (ə) haqqında nəql edilir: “Namaz qılmağa başladığı vaxtlarda cənamazın yanına qoyduğu ətirlə ətirləniridi”. (“Təhlile əz zendeganiye İmam Səccad”)
İmam Sadiq (ə) isə buyurur: “Ətirli halda qılınan bir rükət namaz ətirsiz halda qılınan yetmiş rükət namazdan üstündür”. (“Əsrar əs-səlat”, Məliki Təbrizi.)
İslam peyğəmbərindən (s) nəql olunduğuna görə, o, qadınların zinətsiz halda namaz qılmalarını xoşlamırdı. (“Dəaimul İslam”, c. 1, səh. 177.)
İslam Peyğəmbəri (s) mənəvi gözəlliyi hər şeydən üstün tutaraq buyurur:
“Əgər Allah bir şəxsi xeyirli zinətlərlə bəzəmək istəsə ona daxili paklıq bəxş edər”. (“Tənbih əl-xəvatir”, c. 2, səh. 229.)
İmam Əli (ə) gözəllik haqqında buyurur:
“Kişinin gözəlliyi səbr, mömini