Şrift ölçüsü:
A+
A
A-
Kr
31 Dekabr 2016

ALLAH YOLUNDA EHSAN EDƏN NAMAZ QILANLAR...

Qiyamət günü bəndədən ilk soruşulan əməl namazdır
İslam dinində başqalarına edilən hər hansı bir yaxşılığa ehsan deyilir. Bu gözəl əməl həm Qurani-kərimin, həm də məsumların (ə) buyuruqlarında təqdir edilmişdir. Belə ki, Allah könül xoşluğu ilə digərlərinə borc verənlərə çox böyük mükafat verəcəyini bildirir:
“Şübhəsiz ki, sədəqə verən kişi və qadınların, Allah yolunda gözəl (könül xoşluğu ilə) borc verənlərin (əməllərinin savabı) qat-qat artırılacaqdır. Onları həm də cox qiymətli bir mükafat (Cənnət) gözləyir!” (“Hədid”, 18.)
Ədalət sahibi olan Allah şübhəsiz ki, hər bir yaxşılığı yaxşılıqla cavablandırandır. “Ər-Rəhman” surəsində isə bu haqda oxuyururq:
“Yaxşılığın əvəzi ancaq yaxşılıqdır!” (“Ərrəhman”, 60.)
Həmçinin, ehsan etməyin dəyər və mahiyyəti haqqında isə İslam peyğəmbəri (s) buyurur:
“Qohumlarının yanına canı və malı ilə yaxşılıq etmək üçün gedənlərə yüz şəhid məqamı və hər qədəminə isə qırx savab verilir” (“Biharul-ənvar”, c. 74, səh. 89.)
Qurani-kərimdə yaxşı işlər görən şəxslərin ən üstün cəhətlərindən biri də onların namaz qılmalarıdır. Loğman surəsində oxuyuruq:
“(O Quran) yaxşı əməllər edənlərə bir hidayət (doğru yolu göstərən rəhbər) və rəhmətdir. O kəslər ki, namaz qılar, zəkat verər və axirətə tam yəqinliklə inanarlar”. (“Loğman”, 3-4.)
Digər əməllərinin, ehsanlarının qəbul edilməsini istəyən şəxslər namaza böyük əhəmiyət verməlidirlər. Bu haqda İmam Baqir (ə) buyurur:
“Qiyamət günü bəndədən ilk soruşulan əməl namazdır, əgər namaz qəbul olunubsa, sair əməllər də qəbul olunacaqdır. Əks halda sair əməllər ona heç bir fayda verməyəcəkdir”. (“Bihar əl-ənvar”, c. 7, səh. 267.)


1840 بازدید