Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Dekabr 2016

İmam Əlinin (ə) qonağa hörməti

İmam Əli (ə) buyurdu: “Sənin qardaşın səndəndir, səndən ayrı deyil
Bir kişi oğlu ilə birlikdə imam Əlinin (ə) evinə qonaq gəldi. Həzrət Əli (ə) yerindən qalxıb, onları qarşıladı və çox böyük hörmətlə onları evin ən yaxşı yerində əyləşdirdi və özü də onların qarşısında oturdu. Yemək vaxtı çatdı. Yemək gətirdilər və yemək yeyildi. Yeməkdən sonra imam Əlinin (ə) qulamı Qəmbər əl yumaq üçün dəsmal, teşt və aftafanı gətirdi. Əli (ə) onları Qəmbərin əlindən alıb qonağın əllərini yumaq üçün qabağa getdi. Qonaq özünü geriyə çəkib dedi: “Ey Əmirəlmöminin! Bu rəvadırmı Allahın görd