Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Dekabr 2016

İnsanın qəlbində dünya məhəbbətinin yerini Allah məhəbbəti tutarsa...

Həqiqi məhbubunu tanımaq istəyən insan aram vaxtlarda nə barədə düşündüyünə diqət yetirməlidir
ALLAHA DİQQƏT, ONUN NEMƏTLƏRİ, MÖMİNLƏRİN DÜŞÜNCƏ VƏ BAXIŞI

Qəlbi başqalarına məşğul olan insan kamilliyə doğru pərvaz edə bilmir. Amma Allahın lütfü ilə bəndənin qəlbi başqa məqsədlərdən təmizləndikdən sonra yüksəlmək asanlaşır. Biz, adətən, işlərimizi dünya mehvərində qururuq. Ən böyük hünərimiz o ola bilər ki, öz istəklərimizə şəri yolla çataq. İşimizi tamamladıqdan sonra yenə dünya söhbəti qızışır. Əgər insanın qəlbində dünya məhəbbətinin yerini Allah məhəbbəti tutarsa, insan ibadət və işdən sonra da bütün söhbətlərini ilahi mehvər əsasında qurar. İnsan sakit halda olduqda, yuxu zamanında qəlbində möhkəmlənmiş mövzular haqqında düşünür. Həqiqi məhbubunu tanımaq istəyən insan aram vaxtlarda nə barədə düşündüyünə diqət yetirməlidir. Qəlbində ilahi məhəbbətə yer verənlər istər iş, istər istirahət vaxtı Allah və Onun əta etdiyi nemətlər barədə düşünərlər. Allah dostları Allahın xüsusi nemətlərindən bəhrələnirlər. Əslində həmin nemətlər dünyapərəstlər üçün dəyərli görünmür.

Aşiqin məşuqla işarəsi var.
Anlayarmı bunu qaz otaranlar?!


Merac hədisində buyurulur: “Qəlb gözünü və qəlb qulağını açaram ki, qəlbi ilə eşitsin və qəlbi ilə mənim cəlal və əzəmətimi görsün.” Bəli, insanın zahiri göz və qulağından əlavə, batini göz və qulağı da var. Qurani-kərimdə oxuyuruq: “Kafirlərin zahir gözü kor olmasa da, qəlb gözləri kordur.” (“Fəcr”, 46.) Əsil kor qəlb gözü kor olandır. İlahi məhəbbət əhli üçün isə Allah qəlb gözü və qəlb qulağı açar. Qəlb gözü və qəlb qulağı açılmış insana dünya çox əhəmiyyətsiz görünər. Nə qədər ki, qəlb gözümüz açılmayıb dünya və axirət haqqındakı həqiqətləri dərk edəsi deyilik. Anadan kor doğulmuş insan dünyanın necə geniş olduğunu dərk etmədiyi kimi, bəsirət gözü açılmayan insan da axirət aləmini dərk edə bilmir. Hədisin davamında buyurulur: “Ona dünyanı dar, dünya ləzzətlərini isə dadsız edərəm.”


2002 بازدید
در حال ارسال اطلاعات...