Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Dekabr 2016

Qısa ömür bizim üçün böyük ibrət dərsidir

İbrət dərsləri çoxdur, az olan “nəsihət və ibrət” götürməyimizdir.
İmam Əli (ə) buyurub:
“İbrət almaq üçün çoxlu nümunələr var, ancaq ibrət almaq (alan) çox azdır”.

“Qürər əl-hikəm”, c. 3, səh. 68.

Bəzilərinə üz vermiş məğlubiyyət başqaları üçün qalibiyyət, zəfər dərsi ola bilər.
Bəzi proqramların doğurduğu bədbəxtliklər işlərdə müvəffəqiyyətə və “məqsəd”ə çatmaq üçün proqram hazırlayanları metodunu dəyişməyə məcbur edə bilər.

Gündəlik ölümlər bizim üçün “həyəcan siqnalı” və “xəbərdarlıq” ola bilər.
Yol qəzası səhnəsi sürücülər üçün ehtiyat dərsi, norkamanların bədbəxt aqibəti ehtiras əhli üçün “ibrət güzgüsü”, günahkarların rüsvayçılığı başqaları üçün mohizə (öyüd) ola bilər.
Bunlar hamısı doğrudur, ancaq insanın “ibrət gözü” açıq olmalı və “ibrət götürməyi” qarşıya məqsəd qoymalıdır.

Ətraf mühit, qısa ömür bizim üçün böyük ibrət dərsidir. Lakin “ibrət gözümüzü” bağlayaraq, özümüzü küçələrə vurarsaq, bu qədər ibrət dərsinin nə faydası var?
Dərdlərin dərmanı da var, lakin dərmandan istifadə olunmadığı sürəcə müalicədən söhbət gedə bilməz.
Yol kənarında bir çox “yol hərəkəti qaydaları”nı göstərən işarələr olur. Əgər sürücü bunlara diqqət yetirmək istəmirsə, təhlükələrlə qarşılaşır.

İbrət dərsləri çoxdur, az olan “nəsihət və ibrət” götürməyimizdir.


1206 بازدید
در حال ارسال اطلاعات...