Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Dekabr 2016

Qafil deputat Qəzənfəroğlu, gözlərini aç yaxşı bax!

Allah-Təaladan bu ruh xəstəsinə acil şəfa diləyirik!
Saytımızda dəfələrlə Fazil Qəzənfəroğlunun şiə əleyhinə olan sərsəmləmələrinə cavab vermişik. Amma biz cavab verdikcə bu adam təhqirlərini daha da artırıb. Növbəti sərsəm çıxışında İranın Azərbaycan şiələrinə narkotik ötürməsindən və güya şiələrin, məxsusən də İranın dilindən "şiə" sözünün düşməməsindən danışıb. Üstəlik qeyd edib ki, o, bütün müsəlmanlara müsəlman kimi baxır, amma İran tərəfi isə şiədən başqa heç kimi tanımır.
Bu adam həqiqətən bədbəxtdir. Gah şiəyə "şərəfsiz" deyir, gah sözü gedən müsahibəsində şiələri "xəstə" adlandırır, sonra da qayıdıb şiənin ünvanına müsəlman deyir. Bununla da təkfirçi planlarını və vəhhabi-İŞİD xisləti olmasını məharətlə pərdələməyə çalışır.
Sonuncu müsahibəsində deyir ki, İran Azərbaycanda şiələrə narkotik maddə ötürür. Yəni açıq-aşkar Azərbaycan dövlətinin sərhəd xidmətinin işçilərini narkotik maddələrin qonşu dövlətdən ölkəmizə idxalına şərait yaratmasını iddia edir. Əgər həqiqət belədirsə, nə üçün Fazil Mustafa deputatxanada hər dəfə sərsəmləmək əvəzinə dövlətə ciddi xəbərdarlıq etmir?
Daha sonra deyir: "İran əsasən şiə kəsim üzərində əsarəti gücləndirmək üçün bütün vasitələrdən istifadə edir." Halbuki həqiqətdə İranın dünyanın müxtəlif ölkələrində fəaliyətlərinin olmasına baxmayaraq, ölkəmizdə səfirliyindən başqa nə bir məktəbini, nə universitetini, nə hövzəsini görmək mümkün deyil. Kim də şiədir və etiraz edirsə həbsə atılır, Fazil Mustafa kimilər tərəfindən "İran agenti" adlandırılır. Halbuki Qəzənfəroğlunun mənəvi atası olan Fətullah Gülənin ölkəmizdə bir çox məktəbləri, universitetləri var. Nazirlikdə, deputatxanada, müxtəlif ciddi kürsülərdə müridləri kök atmaqdadır. Bunlardan biri olan Fazil Mustafa bunu bir vaxtlar açıqca deyirdi. Bu adam Fətullah Gülənin projesidir, sadəcə mənəvi atasının "quyruğu qapı arasında qalıb" deyə, o da öz liderini danmağa can atır. Di gəl ki, son vaxtlara qədər adının Fətullah Gülənə nisbət verilməsindən məmnunluq duyurdu.
Şiəyə və İrana olan kinini nəzərə alıb Fazilin fətullahçı olmasına dair hər kəs and içə bilər. Biz dəfələrlə saytımızda yazmışıq. Fətullah Gülən deyirdi ki, cənnətə gedən yol İrandan keçsə, mən yolumu başqa tərəfdən salaram. Fazil Mustafa da həmin xətt üzrə İrana olan düşmənçilik və şiəyə olan nifrətini gizlətmir.
Daha sonra deyir: "İran bir dəfə də olsun müsəlman sözü işlətmir. Yalnız şiə sözü işlədir. Halbuki biz hamısına müsəlman kimi baxırıq. Bu xəstələrdə ancaq bir məzhəbdən başqa bir anlayış yoxdur." Görəsən "biz" deyəndə bu adam kimi nəzərdə tutur? Yaxud yuxarıda da qeyd etdiyimiz kimi nə üçün bir yandan şiəyə "şərəfsiz", "xəstə", "narkoman" deyir, digər yandan ona müsəlman kimi baxıb təkfirçi olmasını gizlədir.
Görəsən məzhəb ayrıseçkiliyi, şiə-sünnü söhbəti salmaqda ittiham etdiyi İran həqiqətən şiədən başqa heç kimi müsəlman saymır? İslami vəhdətə zərbə vurur? Bu ölkədə tez-tez təkfirçi və İslami vəhdəti parçalamaq istəyən şər qüvvələr əleyhinə beynəlxalq konfranslar təşkil edilir, dünyanın müxtəlif ölkələrindən əhli-sünnə alimləri dəvət edilir. İslami vəhdətə çağırışlar edilir. Əhli-sünnə alimləri hər dəfə bu cür konfranslarda Ayətullah Xameneini (Allah ömrünü uzun etsin) bağrına basır. Bundan əlavə Fazil Mustafa niyə özünü anlamazlığa vurub, İranın Suriyada, Fələstində, İraqda sünnüləri müdafiə etməsini görmürmü? Səudiyyəli əhli-sünnə alimi Şeyx Məhəmməd Səffar deyir: İran İslam İnqilabının rəhbəri yalnız şiələr deyil, sünnilər üçün də böyük bir qürur mənbəyidir." Ayətullah Xamenei cənabları isə şiə-sünnü vəhdəti haqda deyir: "Şiə və sünnilər arasında təfriqə yaradıb məzhəb bəhanəsi ilə birliyi pozmağa çalışanlar bilsələr də, bilməsələr də düşmənin muzdurudurlar. Bəzi adamlar özləri bilmədən düşmənə muzdurluq edirlər." İndi isə Fazil Mustafaya təklif edirik ki, əlini olmayan vicdanına qoyub danışsın, desin görək heç olmasa bada vermiş ömründə bir dəfə də olsa beş-altı şiəni çayxanaya dəvət edib onları İslami vəhdətdən, şiə-sünnü qardaşlığından danışıbmı? Əlbəttə yox. Çünki terrorçuya oxşayan bu adamın bütün fəaliyyəti şiə düşmənçiliyi üzərində köklənib. Bu nifrətini pərdələmək, ictimai qınağa tuş gəlməmək üçün də özünə yaxşı taktika seçib. Hər dəfə şiədən danışanda "yolunu" İrandan salır. İranın Azərbaycanda çevriliş etməsini iddia edir. Beləliklə də ölkəmizdə İrana anti-partiyası olan insanların rəğbətini əldə edir. Şiələrdən etiraz edənlər olduqda isə onları İrana işləməkdə, İran agenturası olmaqda, İranın maraqlarını Azərbaycanın maraqlarından üstün tutmaqda ittiham edir. Tərəfdarı olduğu məlun Yəzid tərəfindən şəhid edilən İmam Hüsyenin (ə) öz mübarək kəlamında tənqid etdiyi dini kimi kişiliyi, mərdliyi də olmayan insan rolunu ifa edir.

Allah-Təaladan bu ruh xəstəsinə acil şəfa diləyirik!

P.S. Aşağıdakı fotoları Fazil Mustafanın həqiqətlərlə tanış olması üçün təqdim edirik.

Image result for ‫رهبر معظم انقلاب اسلامی در کنفرانس‬‎


Image result for ‫رهبر معظم انقلاب اسلامی در کنفرانس‬‎

Image result for ‫رهبر معظم انقلاب اسلامی در کنفرانس‬‎