Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Dekabr 2016

İNSAN YÜKSƏK KAMİLLİK MƏQAMINA ÇATARSA MƏLƏKLƏRİ GÖRƏ BİLƏR

«Hud» surəsinin bu ayəsi məni qocaltdı»
Qurani-Kərimin bir neçə ayəsində Allah-təala öz peyğəmbərini «istiqamətə»-səbr və düzlüyə, möhkəmliyə, ardıcıllığa çağırır. «Hud» surəsinin 112-ci ayəsində buyurulur: «(Ya Məhəmməd) Əmr edildiyi kimi düz ol. Səninlə birlikdə iman gətirənlər də düz olsunlar». Həzrət Peyğəmbər (s) buyurur: «Hud» surəsinin bu ayəsi məni qocaltdı».

Mərhum İmam Xomeyni (r) öz söhbətlərində təkrar-təkrar bu hədisi xatırladaraq buyurur ki, insanı qocaldıb qəddini əyən həmin bu «istiqamətdir». «Fussilət» surəsinin 90-cı ayəsi istiqamətli insanları müjdələyir: «Şübhəsiz ki, «Rəbbimiz Allahdır» deyən, sonra da düz olan kəslərə mələklər nazil olub belə deyəcəklər: «Qorxmayın və kədərlənməyin, vəd olunmuş cənnətə sevinin».

Allaha iman, həqiqi din və Əhli-beyt məktəbinin qəbulu kifayət deyildir. Bu yolda möhkəmlik göstərib düz olmaq lazımdır. İnsan bir an olsun belə özünü itirib büdrəməməlidir. Belə bir insandan Allah heç nəyi əsirgəməz, beləsinin duaları qəbul olar. Belə insan mələklərlə görüşər, yüksək kamillik məqamına çatarsa mələkləri görə də bilər.


1293 بازدید