Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Dekabr 2016

Mövlud Mətin, Fazil Mustafa - bir terrorun iki üzü

Azərbaycan xalqını belə bir deputatı olduğu üçün utandırır.
Rusiyanın Türkiyədəki səfirini sərgidə öldürən Mövlud Mətin adlı terrorçunun videosına baxdıqda açıqca təkbir deməsi, Hələb deyə bağırması diqqətdən yayınmır. Rusiya ilə Türkiyənin arasında buzların əridiyi bir dövrdə belə bir terrorun meydana çıxması və məhz bu iki şəxsin - Putin və Ərdoğanın arasını düzəldən səfirin öldürülməsi və qətldən sonra vahhabi-İŞİD sayağı təkbir demələr, Hələb bağırtıları heç də təsadüfi deyil.

Putinin bacarıqlı diplomatı Türkiyədə rəhbərliyi əməlli-başlı Putinə yaxınlaşdıra bilmişdi. Putinə yaxınlaşmaq isə Türkiyənin Bəşər Əsədi devirmək istəyən ABŞ-dan, İsraildən ayrılması demək idi. Təsəvvür edin bu cür kritik bir durumda iki terror hadisəsi baş verir. Biri Türkiyədə odlu silahla, digəri Fazil Mustafa tərəfindən mənəvi terror. Bu iki insan bir terrorun iki üzüdür.

Ərdoğan sayəsində Türkiyə çıxılmaz vəziyyətə girmişdi. Ərdoğanın İŞİD-ə dəstək verməsinə baxmayaraq, Hələbdə uduzmuşdu. Terror qurbanı olan səfirin isə Türkiyə-Rusiya yaxınlaşmasında böyük rolu olmuşdu. Ərdoğan üçün isə geriyə dönüş yox idi. Onun bundan sonra Türkiyə xalqına Hələbdə uduzmuşuq deməyə cürəti çatmırdı. Amma istər-istəməz Rusiya-İran cütlüyünə yaxınlaşmışdı. Bu isə o deməkdir ki, Bəşər Əsədin qələbəsini etiraf etmək an məsələsi idi.

Bəşər Əsədin qalib olması isə İranın qələbəsidir. İranın qələbəsini bir çoxlarının gözü götürmür. O cümlədən deputat Fazil Qəzənfəroğlu illərlə qəlbində saxladığı kini məqamdır deyib qusub. İran prezidenti haqqında çox təhqiramiz ifadələr işlədib. Həsən Ruhaninin əslində Ermənistana getməsi Fazil Mustafaya o qədər də toxunmayıb. Çünki Fazil Mustafa kimi adamlara separatçı rejimdə konsert verib sonra Azərbaycana konsert üçün gətirilən rus əsilli müğənni çoxdan cav