Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Dekabr 2016

İmam Əlidən (ə) yemək haqqında yeddi tövsiyə

1. Yeməyə başladıqda Allahın adını çəkmək
Ey Kumeyl! Yemək yeyən zaman Allahın adını çək. Çünki, Onun adı ilə heç bir xəstəlik insana zərər yetirməz və Onun adında hər bir dərdin çarəsi var.

2. Başqaların təam vermək
Ey Kumeyl! Başqalarına təam ver və onları yedizdir. Bu işdə xəsislik göstərmə. Bu işinə görə Allah sənin mükafatını qat-qat artıq edər.

3. Yemək vaxtını uzatmaq
Ey Kumeyl! Süfrə kənarında oturarkən yemək yediyin vaxtı uzat ki, səninlə bir süfrə kənarında oturan süfrədə olanlar da kamil şəkildə bəhrələnə bilsin.

4. Yeməkdən sonra Allaha şükür etmək
Ey Kumeyl! Elə ki, yeməyini yeyib qurtardın sənə verdiyi nemətlərə görə Allaha şükür et. Şükür edərkən də elə səslə de ki, başqaları eşitsin və onlar da şükür etsin. Belə etsən sənin savabın daha da artıq olar.

5. Mədəni ağırlaşdırmamaq, hava və su üçün yer saxlamaq
Ey Kumeyl! Mədəni yeməklə doldurub ağırlaşdırma. Yeməkdən əlavə onun bir hissəsini su və bir hissəsini də nəfəs almaqdan ötrü boş saxla.

6. Doyana qədər yeməmək
Yeməkdən doymamış əlini çək. Əgər belə etsən həmin yemək sənin üçün dadlı olacaq və bil ki, bədənin sağlamlığı az yemək və az içməkdən irəli gəlir.

7. Orta həddi gözləmək
“Yeməkdə orta həddi gözləyənin sağlamlığı və düşüncəsi təmiz olar”


9085 بازدید
در حال ارسال اطلاعات...