Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Dekabr 2016

Bəşər Əsədi öldürə bilməyən Polad Ələmdar Ərdoğanı öldürdü

Bu dəfə toxunulmazlığı olan rusiyalı səfir Türkiyədə həqiqətən həyatını itirib
Ərdoğan ordusunun demək olar ki, filmdən əlavə həqiqi qəhrəman bayraqdarına çevrilən Ələmdar Polad Ərdoğanın başını əməlli-başlı bəlaya salıb. Bu filmə baxanlar bilir ki, film yaranandan mafiya filmi kimi "xəyal ürünü" (təxəyyül məhsulu) şüarıyla ekranlara çıxdı. Amma daha sonralar məşhurlaşdı və məşhurlaşmağının bir səbəbi də siyasi motivlərin filmdə yer alması oldu. O andan etibarən dolayı yolla film və filmin baş qəhrəmanı tez bir zamanda həm də Ərdoğan ordusunun bayraqdarına çevrildi. "Gezi" hadisələri zamanı siyasətdə çoxları tərəfindən artıq artist kimi dəyərləndirilən Ərdoğan bir neçə artisti başına toplayıb onlardan kömək istədi. Polad Ələmdar da sanki həqiqi qəhrəmanmış kimi çıxıb xalqı Ərdoğana dəstək verməyə çağırdı.
Daha sonra Poladın adı FETO-çularla hallandı, hətta yazılanlara görə Ərdoğana qarşı hazırlanan çevrilişdən film heyətinin xəbəri olubmuş. Bu yaxınlarda isə aşkarlandı ki, Polad Ələmdarın serialının bir fraqmentində Ərdoğanın adı qəbiristanlıqdakı başdaşılarının birinin üstünə yazılıb.
Amma bir məqama diqqət etsək görərik ki, saman altdan su yeridən Polad və onun komandası açıqca Suriya lideri Bəşşar Əsədin həqiqətdə Ərdoğandan güclü olduğunu filmdə açıqca etiraf edib. Belə ki, dövlət xətti ilə Suriyaya – güya Bəşər Əsədi öldürməyə gedən Polad Ələmdar özü RPQ 7v mərmisinə tuş gəlir və yaralı halda uzandığı evdə külə dönür. Beləcə "cəsədini" Türkiyəyə gətirirlər. Halbuki elə həmin serialda İŞİD lideri Bağdadinin asanlıqla öldürülməsi səhnəsini canlandırıblar. Ərdoğan isə başı film qəhrəmanlarına sığınmaqdan ayılmayıb, bu səbəbdən də həmin fraqmentləri görə bilməmişdi. Ya da görmüşdü, sadəcə reallıqla barışmışdı.
Polad Ələmdar öz qəhrəmanı Ərdoğanı, Ərdoğan da öz ssenarisinin Ələmdarını o qədər şişirtdi ki, axırda Ərdoğanın başına oyun açdı. Türkiyədə Rusiyanın bu ölkədəki səfirinə qarşı suiqəsd hazırlanıb. Səfir zaldaca güllələnib. Güllələyən şəxsin polis məmuru olması üzə çıxıb. Təslim olmayıb müqavimət göstərib və öldürülüb. Bu psixologiya təbii ki, Polad Ələmdarın filmdə İsrail səfirliyinə basqın edib səfiri öldürməsi hadisəsinin həqiqi versiyasıdır. Bu dəfə toxunulmazlığı olan rusiyalı səfir Türkiyədə həqiqətən həyatını itirib. Beləliklə də Putinlə arasındakı buzlar yenicə əriməyə başlayan Ərdoğan bir daha Putinə hesabat vermək zorunda qalıb.
Qeyd edək ki, Polad Ələmdar rolu da heç də təsadüfi deyil, dərin dövlətdə MİT (Milli İstixbarat Təşkilatı) işçilərindən birini canlandırır.
Fətullah Gülən işinin Ərdoğan tərəfindən hazırlandığı şübhələri mövcud olduğu kimi bu xoşagəlməz hadisənin də ABŞ-İsrail cütlüyü tərəfindən hazırlanması qeyri-mümkün məsələ deyil. Çünki son zamanlarda siyasi liderlərin toplantısında Ərdoğan artıq Obamanın deyil, Putinin yanında dayanıb şəkil çəkdirirdi.




5011 بازدید
در حال ارسال اطلاعات...