Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Dekabr 2016

Öz atalarınıza yaxşılıq edin ki...

Övladlarınızın sizə qayğı göstərməsini istəyirsinizsə, ata-analarınıza qarşı diqqətli olun!
Ata-oğul münasibətləri

İmam Əli (ə) buyurub:
“Öz atalarınıza yaxşılıq edin ki, övladlarınız da sizə yaxşılıq etsinlər”.

“Qürər əl-hikəm”, c. 3, səh. 267.

Ailə başçılarını uca tutmaq, onların hörmətini qoruyub saxlamaq, dini göstəriş və ilahi əmrdir. Ataların hüququnu tanımaq, zəhmət və xidmərlərinə görə onlara təşəkkür etmək “ağlın inkişafı” və “kamil ülfət”in göstəricisidir.
Övladlar ictimai mədəniyyəti, ünsiyyət tərzini və rəftarlarındakı ədəb-ərkanı öz valideynlərindən öyrənirlər.
“Ədəb pöhrəsi” uşaqların qəlbində əkilərsə, gələcəkdə məhsul verər.
Bəzən uşağı tərbiyələndirmək bilavasitə həyata keçirilir. Əgər biz öz ata-analarımızın qarşısında təvazökar olmasaq, onlara yaxşılıq və hörmət etməsək, övladlarımız öz ataları qarşısında ədəbli və təvazökar olmalı olduqlarını hardan öyrənməlidirlər?
Uşaqlar, valideynlərinin öz ata-analarına hörmət və yaxşılıq etdiklərini, onlara qarşı mehriban və diqqətli olmağı “ibadət” saydıqlarını görərlərsə, valideynləri ilə elə o şəkildə də davranarlar.
Övladlarınızın sizə qayğı göstərməsini istəyirsinizsə, ata-analarınıza qarşı diqqətli olun!


1661 بازدید
در حال ارسال اطلاعات...