Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Dekabr 2016

Sionistin gəlişi İran əleyhinə danışmaq istəyənlər üçün fürsət oldu

Regionda İranla qonşuyuq. Siyasətdən azacıq belə anlayışı olan şəxs bilir ki, regionda güc sahibi olan dövlət həm də söz sahibidir
İsrail-sinonist rejiminin baş naziri Bakıya nəhayət ki, gəldi. Qaniçən nazirin Azərbaycanla bağlı planları barədə yazmaq bir kənarda qaldı, sionistpərəst media mənsublarımız İranın "narahatçılığından" yazdılar. "Atlas" Araşdırmalar Mərkəzi güya ağlınca bir araşdırma aparıb və bu qənaətə gəlib ki, İran rəsmi Bakıya əməlli-başlı paxıllıq edir. Başqa bir sıra saytlar da həmin araşdırmanı bir-birinə ötürüb İranı "qıcıqlandırmağa" çalışdılar.
Əslində bir yandan baxanda bu insanları qınamaq da olmur. Çünki Azərbaycanın Qarabağ adlı böyük dərdi var (!?) Yazdıqları kimi rəsmi Bakı İsraildən külli miqdarda silah alır və bu silahlar Ermənistanı qorxuya salır. Digər tərəfdən İsrail "Bakı-Ceyhan" vasitəsiylə bizim neftimizin əsas müştərilərindəndir. Amma bununla belə bir neçə məsələni ixtisarla qeyd etmək lazımdır:

Qarabağın açarı kimin əlindədir?

İsrailpərəst media bir həqiqəti unudur. Bunlar həmin saytlardır ki, Rusiya ilə İsrailin arasının yaxşı olmadığını gözəl bilir. İsrail Amerikaya arxayındır, Rusiya isə Amerika ilə əzəli rəqib sayılır. Amerika və İsrailə yaxın olmağa çalışan araqarışdıran mətbuat işçilərimiz Rusiyanın çökməsini və ən azından Putinin ABŞ-a yaxın bir şəxslə əvəzlənməsini dörd gözlə gözləyirlər. Dəfələrlə Qarabağın azadlığının Putinin "dabro" verməsinə bağlı olduğunu diqqətə çatdırıblar. Bəs nə üçün reallığı bir kənara qoyub İsraildən alınan silahlar hesabına Qarabağın azadlığı xəyallarına qapılıblar. Bir halda ki, Rusiyanın dünya ictimaiyyətinə təqdim etdiyi qorxulu silahlar ABŞ rəhbərliyini belə nigaran edir.

İsrailin yoxsa İranın köməyi

Regionda İranla qonşuyuq. Siyasətdən azacıq belə anlayışı olan şəxs bilir ki, regionda güc sahibi olan dövlət həm də söz sahibidir. Şimal və cənubda iki qüdrətli dövlətin – Rusiya və İranın əhatəsindəyik. Qonşu Ermənistanla olan problemimizi elə qonşu ölkələrlə birlikdə həll etmək daha münasib sayılır. Qərbin, ABŞ-ın, İsrailin indiyədək hansı köməkliyi dəyib bizə? Oysa, ən yaxın dost-qardaş ölkə hesab etdiyimiz Türkiyə belə bizə Qarabağ müharibəsi zamanı kömək etmədiyi halda, İrandan köməklik görmüşük. Keçmiş prezident Elçibəy açıqca efirdə deyib ki, Türkiyədən o zaman borc istəyib, o qədər yubadıblar ki, bütün planları alt-üst olub, amma İran kömək etməyə hazır olub. Bundan başqa İranın hər tərəfli köməklərini unutmaq olmaz. Bir müddət öncə İran Ali Dini Liderinin Ərdəbil üzrə nümayəndəsi Seyyid Həsən Amili bu barədə rəsmi sənədlərə əsasən bütün deyilməsi lazım olan sözləri demişdi.

Uman yerdən küsmək məsələsi

İsrailpərəst saytların hər dəfə bu cür söhbətlər ortaya çıxanda əzbərlədikləri bir söz var: İran nə üçün işğalçı Ermənistanla müttəfiqdir. Axı, sizə İran tərəfi sual versə ki, biz siz və dünya ictimaiyyəti tərəfindən tanınmayan Qondarma Dağlıq Qarabağ Respublikasını tanımırıq. Bəs siz nə üçün bizim və bir çox müsəlman-ərəb ölkəsinin tanımadığı İsraili rəsmi olaraq tanıyırsnız? Bizim rəsmilərin ayağı bir dəfə də olsun Azərbaycan sərhədlərini pozub Qarabağa dəyməyib, siz nə üçün sionist nazirinə qucaq açırsız? Bunun müqabilində nə deyəcəksiz? Elə həmişəki şablon sözlərinizimi söyləyəcəksiz?

Güclü İran qarşısında hansı gücünüzlə dayanırsız?

İsrialpərəst mətbuata bir sual: Siz güclü İran qarşısında hansı güclə dayanırsız? İsraildən mədəd ummaq və İranı qaniçən Ermənistanla alver etməkdə günahlandırmaq əvəzinə, Qarabağ həqiqətlərini dünyaya tanıdın. Baxın, İranın mərhum İnqilab Rəhbəri Seyyid Ruhullah Xomeyni bir qərarı ilə dünya müsəlmanlarını İsrailə etiraza səslədi. Beynəlxalq Qüds Günü hətta ABŞ-ın özündə belə İsrailə etirazların şahidi oluruq. Bütün dünya hər ilin Ramazan ayının son Cüməsi İsrailə etiraz edir. Deməli, İranın da etiraz etməsi tam normal qarşılanmalıdır. Bəs bunun müqabilində siz Qarabağı necə təbliğ etmisiz, Ermənistan zülmlərini necə ifşa etmisiz? Ermənistan qaniçən rejimdirsə, İsrail heç ondan geri qalmır. Hər ikisi mahiyyət etirabıyla eynidir. Cəllad, körpə qatili, işğalçı, qəsbkar rejim!

Unutmayaq ki, İran da Azərbaycanla dost-qardaş ölkədir

Sonda unutduğunuz bir həqiqəti xatırlatmaq gərək. İsrailə olan bu qədər məhəbbətinizin müqabilində İrana da bir az sayqılı olun. Unutmayın ki, İran da Azərbaycanın müttəfiqi və müttəfiqdən artıq dost-qardaş ölkədir. Bunu hər iki ölkənin ən yüksək rütbəli şəxsləri şəxsən bəyan ediblər. Başqa vaxt dost-qardaş dediyiniz Türkiyənin belə İsraillə münasibətləri korlananda seçim qarşısında qaldığınızı anlayıb gizlənmişdiniz. İndi İsrail sizə əzizmi olub? Heç olmazsa İranda yaşayan azərilərin Netanyahunun Azərbaycana səfərinə etiraz əlaməti olaraq keçirdikləri etiraz aksiyalarına baxın. Bununla da İranda yaşayan azərilərin səsinə səs verin! Bəs Dekabrın sonunda hansı üzlə tikanlı məftillərin sökülməsindən, milli həmrəylikdən danışacaqsınız?


912 بازدید
در حال ارسال اطلاعات...