Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Dekabr 2016

Dost və düşmənin tanınması

İnsanları öncə sınağa çək, sonra dostluq et
İmam Əli (ə) buyurmuşdur:
“Gücünü itirdiyin vaxt dost düşməndən seçilir”.

“Qürər əl-hikəm”, c. 4, səh. 323.

Həyatın enişli-yoxuşlu yolları bir çox şeylərə aydınlıq gətirir, o cümlədən dost və düşməni üzə çıxarır.
Bəziləri rahat və xoş günlərin dostudur. Problemlər bir azca özünü göstərən kimi, geri çəkilir, özlərini görməməzliyə vurub laqeydlik göstərirlər.
Elələri də var ki, var-dövlət və sərvət dostudurlar. Fəqirlik, yoxsulluq üz gətirdikdə üzləri görünməz olur.
Bəziləri insanın vəzifə dostudurlar. Vəzifədən kənarlaşdırıldıqda, onlar da özünü kənara çəkir, hətta əhvalını belə soruşmurlar.
Bəzən problemlərin meydana çıxması insanın xeyrinə olur. Onların biri insanların tanınmasıdır. Belə ki, ləyaqətsiz birinə könül bağlamamağı, öz dostlarını fədakarlığa, sevgiyə və dostluğa yararlı olmayan birinə qurban verməməyi öyrədir.
İnsanları öncə sınağa çək, sonra dostluq et. Sınaqdan çıxmış dostu isə asanlıqla əldən vermək lazım deyil.


878 بازدید
در حال ارسال اطلاعات...