Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Dekabr 2016

Qəzəb alovuna səbir çiləmək

Qəzəbin üsyankar və əridici alova bənzədilməsi əsassız deyil.
İmam Əli (ə) buyurmuşdur:

“Səbir, hövsələ qəzəb alovunu söndürür. Hiddət və kin isə onu daha da alışdırır”.
“Qürər əl-hikəm”, c. 2, səh. 123.

Qəzəbin üsyankar və əridici alova bənzədilməsi əsassız deyil.
Hirsin alovu həm sahibini, həm də qəzəbə tuş gələni yandırır.
Çoxlu sayda qərarlar, mühakimələr və rəftarlar vardır ki, qəzəb üzərində qurulur və sonu əvəzolunmaz acı nəticələr verir.
Həlim, dözümlü olmaq alovu söndürən suya bənzəyir. Bunun əksinə olaraq, sərtlik və kobudluq göstərmək alovu daha da alışdırır.
Quran ibarələri olan “öz qəzəbini gizlətmək” və “hirsini yatırtmağ”ın çətin olmasına baxmayaraq, meyvəsi şirin və sonu asayişdir.
Doğrudur ki, hirsini çıxarmaq insana keçici həzz verir və ürəyini soyudur, ancaq ondan sonrakı peşmançılıq, çəkilən həsrətlər faydasız olur.
Xoş halına o kəslərin ki, həlimliklə ilə qəzəb alovunu söndürürlər.


1276 بازدید