Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Dekabr 2016

Bütün dövlətlərin, sazişlərin, qanunların süquta uğrayacağı sübh yaxındır

Demokratiya, Liberalizm, Leninizm, Sosializm, Kapitalizm və bu kimi digər quruluşların heç bir fayda vermədiyi dünya insanına məlumdur
(İmam Zamanın (ə.f) imam seçildiyi günə həsr edilir)

On birinci imamımız İmam Həsən Əskəri (ə) ağanın qəmli şəhadət gününü qeyd etdik. 8 dekabra təsadüf edən bu gün həm də Həzrətin (ə) əziz övladı – İmam Zaman (ə.f) ağanın imamətə seçildiyi gündür. Fitrətən ədalətə meyilli olan insan həyatı boyunca üzləşdiyi haqsızlıqlar və zülmlərin əbədiyyətə qədər yerdə qalacağına inanmaq istəmir. İçindən bir səs ona deyir ki, səbrli ol, məzlumun zalımdan qisas alacağı gün, zalımın məzluma zülm edəcəyi gündən ağır olacaq. Bu səbəbdən bütün dinlər tarix boyu bir xilaskarın zühur edib dünyanı zülm və istibdaddan xilas edəcəyinə inanır. Dini mənbələr açıqca Həzrət İsa peyğəmbərin də zühur edib İmam Zaman (ə.f) ağanın arxasında namaz qılacağını bildirmişdir. Daha sonra Həzrət İsa (ə) İmam Zaman ağanın başlatdığı cihadda onun sərkərdələrindən biri olacaqdır.

Dekabr ayının bu günlərində bir neçə mühüm tarixi-siyasi hadisələr baş vermişdir:

1. ABŞ və SSRİ atom silahlarının fəzaya buraxılmasının yasaqlanmasına dair razılaşmaya imza atır.

2. SSRİ ləğv edilir və Belarusiya, Rusiya və Ukrayna dövlətlərinin təşəbbüsü nəticəsində MDB (Müstəqil Dövlətlər Birliyi) yaradılır.

3. ABŞ ilə Almaniya aralarında dostluq müqaviləsinə imza atır.

4. İraq dövləti BMT tərəfindən İraq-İran arasındakı səkkiz illik müharibənin məsulu və müharibəni başladan tərəf kimi tanınıb.

5. Yaponiya İmperiyası silahlı qüvvələri ABŞ sakit okean donanmasının Pörl-Harbor hərbi dəniz bazasına hücum edir. Daha sonra ABŞ və Birləşmiş Krallıq (Böyük Britaniya) Yaponiyaya müharibə elan edir.

6. ABŞ Avstriya və Macarıstana qarşı müharibə elan edib.

7. İngilis ordusu Osmanlıların tərkibindəki Qüdsü işğal edib.

8. İspaniyada ikinci Respublika yaradılıb.

9. Çin, Yaponiya, Almaniya və İtaliya arasında saziş imzalanıb.

Tarix bu kimi hadisələrlə doludur. Amma bütün bu müharibələr, təsis edilən dövlətlər, imzalanan sazişlər bir gün süquta uğrayacaq. Güclü şahlara, imperatorlara meydan oxuyan, ordularına qalib gələn, başçılarından beyət tələb edən əziz İslam Peyğəmbərinin (s) vəd verdiyi övladı İmam Zaman ağanın zühur edəcəyi günlə yeni dünya düzəni qurulacaq, bütün bayraqlar endiriləcək, bütün qanunlar qüvvədən düşəcək, bütləşdirilmiş bütün saxta-tağut qəhrəmanların içi üzü ortaya çıxacaq, heykəlləri yıxılacaq, hakimiyyətləri sönəcək.

Demokratiya, Liberalizm, Leninizm, Sosializm, Kapitalizm və bu kimi digər quruluşların heç bir fayda vermədiyi dünya insanına məlumdur. Bu quruluşların hakim olduğu dövlətlədə saxtakarlığın, özbaşınalığın, istibdadın baş alıb getdiyi hər kəsə məlumdur. Artıq dünya əhlinə yeni bir dünya, zülmsüz açılan sabah, qansız-qadasız ötən bir gecə lazımdır. Zülmün son gecəsini yaran nurlu sübh yaxındır.


911 بازدید
در حال ارسال اطلاعات...