Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Dekabr 2016

Sionistin rahat gəzdiyi, vətəndaşın karsa salındığı ölkəm

Əvvəllər də sionist rejim təmsilçiləri ölkəmizə səfər edərkən dindarlara böyük ziyanlar dəyirdi
Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədov heç bir səbəb göstərilmədən 15 günlük "karsa" (cəzaçəkmə müəssisəsinə) salınıb. Vəkilin məlumatına görə Mövsüm Səmədovun heç bir qanun pozuntusuna yol vermədiyi halda "kars"a salınmasının qanun pozuntusu olmasına baxmayaraq, 12 saylı cəzaçəkmə müəssisəsinə gətirilən kimi məhbusun karsa salınması yolverilməzdir. O, noyabır ayının 29-da karsa salınıb və 15 gün sonra "cəzasının" bitməsini nəzərə alsaq İsrail baş naziri Netanyahunun ölkəmizə səfər etməsi günlərinə təsadüf edir. (Sionist baş nazirin dekabır ayının 13-də Azərbaycana bir günlük səfəri gözlənilir)

Əvvəllər də sionist rejim təmsilçiləri ölkəmizə səfər edərkən dindarlara böyük ziyanlar dəyirdi. Məsələn baş örtüyü qadağası, məscidlərin sökülməsi halları məhz sionistlərin göstərişi olması dəfələrlə mediada işıqlandırılıb. Mövsüm Səmədovun sədri olduğu Azərbaycan İslam Partiyası vaxtiylə (elə indi də) İsrail səfirliyi önündə etiraz aksiyaları keçirib. Hacı Mövsümün özü də dəfələrlə bu aksiyalarda iştirak edib. Həbsindən sonra da adı çəkilən partiya işğalçı sionist rejimiylə mübarizəsinə ara verməyib. Bu səbəbdən Mövsüm Səmədov adı sionist rejiminin yuxusuna haram qatan addır. Bununla da doktor Mövsüm Səmədovun karsa salınmasının səbəbi aydın olur.

Əslində isə Hacı Mövsüm sionist rejiminə etiraz etməklə yaralı yerimiz olan Dağlıq Qarabağ haqqında heç öz hökümət