Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Noyabr 2016

Bu gün qərib İmam Rizanın (ə) şəhadət günüdür

Atası imam Kazim (ə), anası isə Tuktəm adlı fəzilətli bir qadın olmuş...
İmam Əli ibn Musa hicrətin yüz qırx səkkizinci ili zilqədə ayının on birində anadan olmuşdur. (Elamül-vəra bi-elamil huda, səh.313.) Atası imam Kazim (ə), anası isə Tuktəm adlı fəzilətli bir qadın olmuş, İmam Riza (əleyhissəlam) anadan olduqdan sonra İmam Kazim (əleyhissəlam) o xanıma Tahirə adı vermişdir. (Elamül-vəra bi-elamil huda, səh.313.) İmam Əli ibn Musa əleyhissəlamın künyəsi Əbülhəsən, ləqəbi Riza olmuşdur. İmam Riza (əleyhissəlam) atası İmam Kazim (əleyhissəlam) (hicrətin yüz səksən üçüncü ilində) Bağdad zindanında şəhid olduqdan sonra otuz beş yaşında İmamətə çatmışdır.

İmam Riza əleyhissəlamın həyatı barədə qısa məlumat

Ləqəbləri: Riza, Siracüllah, Nurul-huda, Qürrəti əynil-möminin, Məkidətül-mülhidin, Küfvül-mülk, Kafil-xəlq, Fazil, Sabir, Vəfiyy, Siddiq, Zəkiyy.
Künyəsi: Əbül-Həsən.
Atası: Musayi Kazim (əleyhissalam).
Anası: Nəcmə (künyələri: Ümmül-Bənin, Xizran, Şədra, Ərvah, Səkinə).
Doğulduğu gün:11 Zilqədə.
Doğulduğu yer: Mədineyi-Münəvvərə.
Doğulduğu il:148-ci hicri ili.
Şəhid olduğu gün: 29 Səfər.
Şəhid olduğu il: 203-cü hicri ili.
Ömrü: 55 il.
Şəhadət səbəbi: O Həzrəti Abbasi xəlifələrindən olan Məmun zəhərləmişdir.
Dəfn olunduğu yer: Müqəddəs Məşhəd şəhəri.
Övladlarının sayı: 6 (5 oğlan, 1 qız)
Oğlanları:
1. Məhəmməd.
2. Qane.
3. Həsən.
4. Cəfər.
5. Hüseyn.
Qızı: Ayişə.
Üzüyünün yazısı: “Maşaəllahu la qüvvətə illa billah” (Hər nə Allah istəsə; Allahdan başqa heç bir qüvvə və qüdrət yoxdur).


1324 بازدید