Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Noyabr 2016

ŞƏRİƏT, TƏRİQƏT, HƏQİQƏT

Ariflərin nəzərincə, şəriət təriqət üçün, təriqət isə həqiqət üçün bir vasitədir
Ariflərlə fəqihlər arasında ən çox ixtilaf doğruran məsələ «şəriət, təriqət, həqiqət» məsələsidir. Fəqihlər şəriət dedikdə, insanı xoşbəxt edəcək İslam hökmlərini nəzərdə tuturlar və şəriətə əməl etməyi yeganə yol bilirlər. Ariflər isə şəriəti yol kimi başa düşür və bu yolu təriqət adlandırırlar. Onların fikrincə, bu yolun sonu həqiqətdir. Demək, ariflərin nəzərincə, şəriət təriqət üçün, təriqət isə həqiqət üçün bir vasitədir. Fəqihlərin fikrincə, İslam əqidə, əxlaq və əməldən ibarətdir.