Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Noyabr 2016

Kərbəla-Məşhəd Ziyarəti Üzrə Dövlət Komitəsi

Kartofun, bananın inhisarlaşdığı ölkəmizdə ziyarəti də inhisarlaşdırmağa can atan Mübariz Qurbanlı görəsən dolana bilmir?
Səfər ayının sonlarında DQDK sədri Mübariz Qurbanlıdan yeni xəbər eşitdik. Gah özünün dindar olduğunu deyən, gah "dini savadıyla" ruhanilərə meydan oxuyan Mübariz müəllim deyəsən özünə yeni manapoliya qurur. Məhərrəm ayından əvvəl dini atributları yığışdıran, bayraqların asılmasına ancaq məscidin daxilində icazə verən bu insan məhərrəmliyin çıxmasına az qalmış Kərbəla-Məşhəd ziyarətlərinə də özü nəzarət etməyi qərar aldı. Bu barədə müsahibə verərkən deyib: "Azərbaycanda Kərbəlaya, Məşhədə ziyarətlər qadağan deyil. Ancaq bu səfərlərin təşkili tənzimlənməlidir. Biz bilməliyik ki, bu səfərləri hansı təşkilatlar, kimlər, hansı məqsəd və niyyətlə təşkil edir. Həmin dini yerlərə ziyarətlərə təşkil edən şirkətlər Dini Qurumlar İşlər üzrə Dövlət Komitəsinin razılığını aldıqdan sonra bu fəaliyyəti həyata keçirməlidir. Burada yalnız Həcc ziyarəti istisnadır, Həcc ziyarəti Qafqaz Müsəlmanları İdarəsi tərəfindən Səudiyyə Ərəbistanı ilə imzalanmış protokol əsasında həyata keçirilir. Digər dini yerlərə ziyarət təşkil edən şirkətlər müvafiq icazələr almalıdır. Çox təəssüf ki, son səfəri təşkil edənlər bunu qeyri-qanuni şəkildə həyata keçiriblər. Çünki yüzlərlə insan ziyarət adı altında xarici ölkələrə aparılır, müəyyən qruplar tərəfindən təsir altına alınır. Bəziləri hətta xarici ölkələrə gedərkən Azərbaycanın maraqları əleyhinə hərəkətlərə yol verir."
Mən and içərəm ki, Mübariz Qurbanlı heç özü də bilmir nə deyir. Ondan soruşuram: görəsən qeyri-qanuni şəkildə başqa ölkəyə səfər edən şəxslərlə bağlı ölçü götürmək Mübariz müəllimə qalıb? Bəs hüquq-mühafizə orqanları, sərhəd xidməti hara baxır? İkincisi, əgər bu qeyri-qanunidirsə və bir dövlət bir avtobus insanın qanunsuz şəkildə ölkəni tərk etməsinin indiyədək qarşısını ala bilmirdisə, hansı dövlətçilikdən, hüquqdan dəm vururlar. Üçüncüsü, məgər Mübariz Qurbanlının ziyarət karvanlarında casuslarımı var ki, zəvvarların "müəyyən qruplar tərəfindən təsir altında alınmasını" ona dərhal çatdırırlar. Bu cür şablon açıqlamalarla kimi aldadırsız? Elə birdəfəlik deyin ki, biz də qazanmaq istəyirik.
DQDK adından və nizamnaməsindən bilindiyi qədəriylə dövlətlə din arasındakı əlaqələri tənzimləməkdən ötrü var. Əlbəttə nəzərə alsaq ki, hər ölkədə din və dindar var, deməli bu ölkədə dinlə dövlət münasibətlərini nizama salan rəsmi qurum, komitə olmalıdır. Xüsusən Azərbaycan kimi bir neçə dinin mənsublarının yaşadığı ölkələrdə buna çox ehtiyac var. Bizim ölkəmizdə də məlum olduğu kimi İslam (həqiqi din), Məsihilik, Musəvilik (təhrif edilmiş) kimi səmavi və bunlardan əlavə insanlar tərəfindən uydurulan inanclar, cərəyanlar, dini sektalar mövcuddur. Sovetdənqalma Qafqaz Müsəlmanları İdarəsi isə adından da göründüyü kimi müsəlmanlara aiddir. Yəhudinin, buddistin, xaçpərəstin problemini həll edə bilməz. (Hərçənd heç islamçıların ən kiçik problemini belə həll etməyə qadir deyil) Bu səbəbdən dövlət DQDK adlı bir qurum yaratdı. Məqsəd isə ölkədəki dini ayrıseçkiliyin, dini zəmində baş verən münaqişənin qarşısını almaq, dini icmaları rəsmləşdirmək, qeydiyyata almaqdan ibarət idi. Bu cür qeydə alınmış icmalar dövlətin kölgəsi altında rahat bir şəkildə öz dini ayinlərinin icrası və təbliği ilə məşğul olacaqdı.
Amma görünür adı çəkilən qurum günahkar insan kimi yavaş-yavaş öz həqiqi mahiyyətindən, yaranış fəlsəfəsindən uzaqlaşır. İndiyə qədər İraq-İran ziyarətlərini ya QMİ-yə bağlı olan yaxud azad şirkətlər, icmalar həyata keçirirdi. Əlbəttə, evini bir metr qabağa çıxan şəxsin qapısına tökdüyü bir Kamaz kubikin başına çörk qırıntısının üstünə yığılan qarışqalar kimi toplaşan polis, pastavoy, vergi, Jek işçilərinin camaata göz verib işıq vermədiyi ölkədə ziyarət şirkətləri də karvan aparmaq üçün dövlətin hansısa qanadını "görürdülər". İndi isə ya bu qanad qırılıb, ya da Mübariz Qurbanlı bu qanadı qırmaq üzrədir. Zəhmət çəkmişkən, özlərinə əziyyət verib Komitənin adını da dəyişib, KMZDK qoysunlar – Kərbəla-Məşhəd Ziyarətləri üzrə Dövlət Komitəsi.
Mənim gəldiyim qənaət budur ki, bu komitə Kərbəla-Məşhəd ziyarətlərinin İraq və İranda yerləşdiyini gözəl bilir. Onu da bilir ki, bu ziyarətlərə gedən insanlar şiədir. Bəlkə də bununla QMİ və onun sədrinə meydan oxumaq, fəaliyyət çərçivəsini daraltmaq istəyirlər. Yaxud da komitənin məramı bu idarənin onsuz da nəzir qutularından kifayət qazandığını güman edib ziyarətlərə nəzarəti ələ keçirtməkdir. Mübariz Qurbanlı çox yaxşı bilir ki, QMİ-dən onsuz da səs çıxan deyil. Bu gün-sabah bu insan nəzir qutularına göz tiksə şəxsən bəndə təəccüblənmərəm.
İkinci gəldiyim qənaət isə budur ki, DQDK yaxud yeni adıyla KMZDK-nin planında birinci dərəcəli məsələ şiələrə olan nəzarətə tam olaraq hakim olmaqdır.
Amma bütün bunlardan əlavə məni düşündürən bir məsələ də var. Hər bir sahənin, hətta kartofun, bananın inhisarlaşdığı ölkəmizdə ziyarəti də inhisarlaşdırmağa can atan Mübariz Qurbanlı görəsən dolana bilmir, yaxud inhisarlaşdırmağa çolpadan, cücədən, çaydan, pendirdən yoxdur? Yəni ölkədə dinlə, dindarla bağlı problem yoxdur ki, bunlar pulsuz-parasız, işsiz-gücsüz qalıblar? Yəqin Mübariz Qurbanlı komitə işçilərinə neçə aydır maaş verə bilmir, hərəsinə bir avtobus verib ziyarətə karvanbaşı kimi göndərəcək. Hər bir halda Kərbəlada, Məşhəddə Mübariz Qurbanlıdan iltimasi duamız var.

P.S. Mübariz Qurbanlının nəzərinə: əgər bu səfərlərin təşkilini tənzimləmək niyyətiniz varsa, heç olmasa zəvvarlar üçün İraqda-İranda yerləşən müqəddəs ziyarətgahlarda oxunan ziyarətnamələri, duaları, ziyarətgaha daxil olmaq üçün oxunan izn zikrlərini kitabça, buroşur halında tərcümə edib paylayın.

Mübariz


1927 بازدید
در حال ارسال اطلاعات...