Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Noyabr 2016

Günahı yüngül saymaq

Ey mənim Rəbbim! Günahlara israr etməkdən və günahları yüngül saymaqdan Sənə pənah gətirirəm
Hər bir kiçik günahı yüngül saymaq o günahı böyük günaha çevirir. Mətləbin daha aydınlaşması üçün aşağıdakı misala diqqət yetirin: Böyük bir daş parçasını başqasının başına vuran şəxs etdiyi işdən peşman olduğu halda, vurulan adamdan üzr istəsə, onun bağışlanması mümkündür. Əksinə əgər bir şəxs kiçik bir qum dənəsini başqasının başına vurduqdan sonra öz işindən peşman olmasa və nəticədə vurulan adamdan üzr istəməsə, onun bu əməlinə etiraz etdikdə isə bu işin çox kiçik olmasını dəlil gətirsə, daha vurulan şəxs onu heç vaxt bağışlamaz. Çünki onun bu sözü onda olan eqaistlik əhval-ruhiyyəsindən xəbər verir. Yəni vuran şəxs həddindən artıq özündən razıdır. Buna görə də günah işlədir. Bu barədə İmamlarımızdan nəql olunan bir neçə hədisə diqqət yetirək:

İmam Həsən Əskəri (ələyhissəlam) buyurur:
Bağışlanmayan günahlardan biri də budur ki, insan (günah edən zaman) belə deyə: Kaş ki, Allahım bu günahdan başqasını görə məni cəzalandırmasın. (Тöһәфүл-үгул, сәһ. 579.)
Bu söz onun etdiyi günahı yüngül saymasını göstərir.

İmam Əli (ələyhissəlam) buyurur: “Ən böyük günahlardan biri də odur ki, günah edən şəxs onu yüngül saysın.»

Zeyd Şəhham deyir: İmam Sadiqin (ə) hüzurunda ikən o həzrət belə buyurdu: «Kiçik günahlardan qorun (onları yüngül sayma)! Çünki onlara bulaşanlar bağışlanmazlar». Ərz etdim:

Kiçik günah hansı günaha deyilir?
İmam buyurdu: «Bir şəxs günah etdikdən sonra belə deyə: Əgər bu günahdan başqa bir günahım olmasa, onda xoş mənim halıma».

Dördüncü hədisi dördüncü imam həzrət Səccaddan (ələyhissəlam) nəql edirik. O Həzrət dua edərkən öz Allahına belə ərz edir: «Ey mənim Rəbbim! Günahlara israr etməkdən və günahları yüngül saymaqdan Sənə pənah gətirirəm (özün mənə bu iki şeydən çəkinməkdə kömək ol).»


885 بازدید
در حال ارسال اطلاعات...