Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Noyabr 2016

"Səni pərəstişə layiq bilib ibadətə dururam"

Əmirəlmömininin (ə) ibadət və bəndəliyi heyranedici olmuşdur
Əhli-beyt (ə) və bəndəlik

Əhli-beyt (ə) Həzrət Haqqı kamil şəkildə tanıdığından onun qarşısında aşiqanə və arifanə şəkildə təslimdir. Kimsənin mərifəti onların mərifəti iə müqayisəyə gəlməz. Onların maddi və mənəvi yönümdə atdığı hər bir addım ibadətdir.
Onların oturuşu, duruşu, danışığı və sükutu, qidası və geyimi, izdivac və ünsiyyəti, alış-verişi, savaş və sülhü, baxışı və dinləməsi, yuxusu və oyaqlığı, göz yaşı və gülüşü, bütün əməl və rəftarları xalis niyyətlə müşayiət olunur və haqqa ibadətdən savayı bir şey deyil.
Əhli-beyt (ə) Behişt tamahından və ya cəhənnəm qorxusundan ibadət etmir. Onlar ilahi mərifət və eşq əsasında vəzfələrini yerinə yetirir. Onların ibadətində nə behişt istəyi var, nə də cəhənnəm qorxusu. İbadətləri başdan-başa səfa-səmimiyət, paklıq, vəfa və eşqdir.
Əhli-beytin (ə) ibadət sahəsindəki buyuruqları, ibadətin müxtəlif yönümlərinə baxışları onların bu işdə səfa-səmimiyyətini, xalisliyini göstərir. Keyfiyyət baxımından kimsədə bu sayaq ibadət gücü yoxdur və olmayacaq!
Bu sayaq misilsiz ibadətlərinə baxmayaraq, onlar özlərini mövlalığa yetərincə layiq bilməmiş, ömürlərinin son anlarınadək Allaha borclu olduqlarını dilə gətirmiş, heç bir tələb irəli sürməmişlər. Çünki onlar öz ibadətlərini Allahın rəsulunun ibadəti ilə müqayisə edirdilər. Bu sayaq müqayisələrlə nalə çəkib göz yaşı axıdır, deyirdilər: “Biz hara, Allahın rəsulu hara!”
Əmirəlmöminin (ə) Allaha üz tutub deyir: “Sənə nə behişt tamahından, nə də cəhənnəm qorxusundan ibadət edirəm. Səni pərəstişə layiq bilib ibadətə dururam.” (“Əvaliyul-ləali”, 1-404) Başqa bir məqamda həzrət buyurur: “Bir zümrə Behişt əldə etmək ümidi ilə Allaha pərəstiş etdi. Belə bir pərəstiş tacirlərə məxsusdur. Başqa bir zümrə Allaha cəhənnəm qorxusundan ibadət etdi. Bu isə qulların ibadətidir. Bəziləri təşəkkür üçün ona bəndəlik etdi. Bu isə azad insanların bəndəliyidir.” (“Nəhcül-bəlağə”, 815, hikmət 237)
And olsun Allaha! Əgər Allah Əhli-beytə (ə) bildirsəydi ki, əbədilik olaraq behişt və cəhənnəmi səhnədən götürürəm, mükafat və cəzam olmayacaq, yenə onların ibadətində zərrəcə dəyişiklik olmazdı. İmam Baqir (ə) buyurur: “Peyğəmbər Ayişənin yanında olduğu vaxt onun üzücü ibadət etdiyini görən zövcəsi dedi: “Ey Allahın rəsulu! Nə üçün özünü üzürsən? Axı sənə keçmiş də, gələcək də öyrədilib.” Peyğəmbər (s) buyurdu: “Allaha şükür etməməliyəmmi?!” İmam sözünə belə davam edir: “Peyğəmbər ibadətdə barmaqları üstə qalxardı. Allah buyurdu ki, biz Quranı səni əziyyətə salmaq üçün nazil etməmişik!” (“Kafi”, 2-95)
Əmirəlmömininin (ə) ibadət və bəndəliyi heyranedici olmuşdur. Məsumlar buyurur ki, kimsədə həzrət Əlinin (ə) ibadət gücü yoxdur. Əhli-beytin (ə) digər nümayəndələri də həzrət Peyğəmbər (s) və Əmirəlmöminin (ə) kimi misilsiz ibadət etmişlər. Onlar məhz bu sayaq ibadətləri sayəsində özləri və başqaları üzərində hökm sahibi olmuşlar. Məsumlar təbiət işlərinə qatılmış, şəfaət haqqı əldə etmiş, ən üstün mənəvi məqamlara yüksəlmiş, cin və ins üzərində rəhbərlik haqqı qazanmışlar.


1445 بازدید
در حال ارسال اطلاعات...