Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Noyabr 2016

Kiçik yaşlarında böyük əzəmət

Dedim: “Övladım! Yükün haradadır?” Dedi: “Yüküm təqvadır, azuqəm iki ayağımdır, məqsədim mövlam!”
Abdullah ibn Mübarək deyir: “Məkkəyə getmişdim. Karvanın kənarı ilə hərəkət edən 7-8 yaşlı bir uşaq gördüm. Onun azuqəsi yox idi. Yaxınlaşıb ona salam verdim və dedim: “Bu yolu kiminlə gedirsən?” Dedi: “Xeyir sahibi Allahla!”
Gözümə əzəmətli göründü. Dedim: “Övladım! Yükün haradadır?” Dedi: “Yüküm təqvadır, azuqəm iki ayağımdır, məqsədim mövlam!” Gözümdə daha da əzəmətləndi. Dedim: “Hansı ailədənsən?” Dedi: “Müttəlibiyəm.” Dedim: “Hansı qoldansan?” Dedi: “Haşimiyəm.” De