Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Oktyabr 2016

Abdullah ibn Hüzafə 80 nəfər əsiri belə azad etdi

Ona görə ağlayıram ki, nə üçün bədənimin tükləri qədər mənim canım olmayıb və mən o qədər Allah yolunda canımı fəda edəm?!
Müsəlmanların rumlularla döyüşündə Peyğəmbərin (s) səhabə və sərkərdələrindən olan Abdullah ibn Hüzafə bir qrup silahdaşı ilə birlikdə əsir düşdü. Onları Rum qeysərinin yanına apardılar. Rum qeysəri ona dedi: - Xristian dinini qəbul et. Qəbul etməsən səni qaynar qazana atacağam.
Abdullah dedi: - Xristian olmuram.
Qeysərin göstərişi ilə qazana zeytun töküb qaynatdılar. Qeysər müsəlman əsirlərindən birinə dedi ki, xristianlığı qəbul et. Ancaq müsəlman əsir haqdan dönmədi və xristianlığı qəbul etmədi. Rum qeysəri onu qaynar qazana atmağı əmr etdi. Onu qazana atdılar və dərhal əti sümüklərindən ayrılıb şəhid oldu.
Qeysər sonra yenə Abdullaha xristian olmağı təklif edib dedi: - Əgər qəbul etməsən səni də qaynar qazana atacağam. Lakin Abdullah onun əmrini icra etmədi və İslamdan dönmədi. Qeysərin göstərişi ilə Abdullahı qaynar zeytun yağına atmağa aprdılar. Bu zaman Abdullah ağladı. Məmurlar bunu qeysərə xəbər verdilər. Qeysər dedi ki, onu qaytarın, bəlkə peşiman olub. Ancaq Abdullah dedi: - Mən yanmağımdan qorxub ağlamıram. Ona görə ağlayıram ki, nə üçün bədənimin tükləri qədər mənim canım olmayıb və mən o qədər Allah yolunda canımı fəda edəm?!
Qeysər bu sözdən çox təəccübləndi və onu azad etmək fikrinə düşdü.
Qeysər: - Mənim başımı öpsən, səni azad edərəm.
Abdullah: - Öpmürəm.
Qeysər: - Xristian ol, qızımı sənə ərə verim və hökumətimi səninlə bölüm.
Abdullah: - Qəbul etmirəm.
Qeysər: - Mənim başımı öp, səni və 80 nəfər əsir düşmüş müsəlmanı bağışlayım.
Abdullah müsəlman əsirlərinin azad olacağını görəndə qeysərin təklifini qəbul etdi və beləliklə, 80 nəfər müsəlmanı əsirlikdən azad etdi.

Qaynaq: “Əsədul-ğabə”, c. 3, səh. 143.
Hazırladı: Seyid Zahir


620 بازدید
در حال ارسال اطلاعات...