Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Oktyabr 2016

Anaya hörmət gör onu hansı məqama ucaltdı!

Soyuq bir qış axşamı idi. Mən öz yatağımı anamın otağına gətirdim ki, anam tək qalmasın və bir şey istəsə məni çağırmağa ehtiyac olmasın
Əllamə Seyid Məhəmmədhüseyn Hüseyni “Nuri-mələkuti Quran” kitabında yazır:
Bir gün kitab almaq üçün kitab mağazasına getdim. Mən çatanda artıq mağaza sahibi kitabları anbara yığıb getməyə hazırlaşırdı. O birdən dedi: Həbibim Allah, təbibim Allah, yarım, yarım, canım, canım.
Onun arif olmasını başa düşdüm. Dedim: Ağzacan! Dərvişcan! Tək yemək ədəbdən deyil! O sakit oldu və ağlamağa başladı. Sonra şad oldu və gülümsündü. O mənim yolumun yaxşı olduğunu dedi. Bizim aramızda bir az söhbət oldu. Ondan bu məqama çatmasının səbəbini soruşdum.
Dedi: Anam çox qocalmış, zəifləmiş və xəstə idi. Neçə il idi ki, artıq yerindən qalxa bilmirdi. Özüm onun xidmətində dayanır, yeməyini-içməyini hazırlayır, yedirdir və yatızdırırdım. Xülasə onun hər işini özüm edir və qulluğunda dayanırdım. Anamın əxlaqı çox sərt idi. Bəzi vaxtlar məni söyürdü. Onun bu əxlaqına dözmək çətin idi. Amma mən buna dözür və onun üzünə təbəssüm edirdim. Anamın bu xasiyyətinə görə ailə də qura bilmədim. Çünki heç kim belə şəraitə və onun əxlaqına dözə bilməzdi. Anamın bəhanələrinə təhəmmül etməyimə görə bəzən ürəyimdə nur qığılcım vururdu. Bu zaman xoş bir hal yaşayırdım. Ancaq bu hal davamlı olmurdu və tez ötüb keçirdi.
Soyuq bir qış axşamı idi. Mən öz yatağımı anamın otağına gətirdim ki, anam tək qalmasın və bir şey istəsə məni çağırmağa ehtiyac olmasın. Həm də istəyini tez yerinə yetirə bilim. Su kuzəsini də yanıma qoydum ki, su istəsə dərhal su verim. Gecə yarısı anam məndən su istədi. Tez yerimdən qalxıb ona su verib dedim: Buyur anacan! Anam yuxulu idi. Mənim suyu dərhal ona verməyimdən xəbəri olmadı və elə bildi ki, suyu gec gətirmişim. Ona görə də mənə çox ağır söyüş verdi və su kasasını başıma çırpdı. Tez yenidən kuzədən su töküb ona verdim və dedim: Buyur anacan! Məni bağışla, üzür istəyirəm! O anda bilmədim nə oldu. Hər halda öz arzuma çatdım. Ürəyimdəki nur qığılcımları nurani bir aləmə çevrildi və günəş kimi işıq saldı. Mənim həbibim, yarım, təbibim, Allahım mənə lütf etdi. Bu hal neçə ildir ki, davam edir.

Qaynaq: “Nuri mələkuti Quran”, c. 1, səh. 141.
Hazırladı: Seyid Zahir


2487 بازدید
در حال ارسال اطلاعات...