Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Avqust 2016

Dövlətin ən gözəl təbliği onun işidir!

Cinayətkarları məzlum göstərməyə çalışırlar...
Ayətullah Xamenei Dövlət Həftəsi münasibətilə görüş keçirdi

Cənab Rəhbər Ayətullah Xamenei çərşənbə günü Dövlət Həftəsi münasibətilə prezident Həsən Ruhani və dövlət heyəti üzvlərini, nazirləri qəbul edib. 11-ci dövləti ağır fəaliyyətlərindən dolayı təbrik edən Rəhbər buyurub: Şəhid Rəcai və Bahünər ixlas, təlaş, xəlqilik nümunəsi olub. Təəssüf ki, bəziləri minlərlə sadə insanı, o cümlədən, məsulları və böyük şəxsiyyətləri şəhadətə çatdırmış cinayətkarları (Münafiqlər qrupunu) məzlum göstərməyə, İmamın nurani çöhrəsini ləkələməyə çalışır.
Prezident və dövlət heyətinin hesabatını dinləyən Rəhbər buyurub ki, bu məlumatlar xalqa çatdırılmalıdır, çünki əsil sərmayə xalq və onun etimadıdır.
Ayətullah Xamenei sözünün davamında buyurub:
Dövlət proqram və ciddiliklə qarşıda qalan bir ildən maksimum faydalanmalıdır. Dövlət heç vəchlə vaxtını seçki kampaniyasına sərf etməməlidir. Son günə qədər problemlərin aradan qaldırılması üçün planlaşdırma aparmalıdır. Dövlətin ən gözəl təbliği onun işidir. Ölkənin bir nömrəli problemi iqtisadi çətinliklərdir. Bu problemin həlli müqavimət iqtisadiyyatı siyasətlərinin dəqiq icrası ilə şərtlənib.
Ayətullah Xamenei söhbətinin ikinci hissəsində xarici siyasətdəki prioritetlərə toxunub: Ölkənin xarici siyasətində Asiya, Afrika, Latın Amerikasının münasib payı olmalıdır. Çox mürəkkəb regional problemlərə münasibətdə meydana böyük diqqət və fəallıqla daxil olmaq lazımdır. Təcrübədə sübuta yetib ki, Amerikanın heç