Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Avqust 2016

Amerikanın heç bir sözünə inanmaq olmaz!

İran böyük güclərin hesablaşdığı iqtidarlı ölkəyə çevrilib
Cənab Rəhbər Ayətullah Xamenei müxtəlif vilayətlərdən, müxtəlif zümrələrdən tədbirə qatılan insanlarla görüşdə buyurub:

Nüvə Razılaşması (Bərcam) bir təcrübə, amerikalılarla müzakirənin faydasızlığı, onların sədaqətsizliyi ünvanında bir daha sübut etdi ki, Amerikaya inanmaq olmaz və ölkənin tərəqqisi, sosial durumun yaxşılaşması daxili imkanlara güvənməklə mümkündür...
İranlılar Pəhləvi diktaturası dövründə Amerika və İgiltərədən asılı vəziyyətdə idi. Amma hazırda İran böyük güclərin hesablaşdığı iqtidarlı ölkəyə çevrilib...
Düşmənin yol üstə qoyduğu maneələri ağıl və tədbirlə keçmək olur. Amma heç bir şəraitdə düşmənə inanmaq olmaz... Onlar bizi regional məsələlərin müzakirəsinə dəvət edir. Amma Bərcam təcrübəsi deyir ki, bu çox təhlükəli addım olar. Amerikanın heç bir sözünə inanmaq olmaq!
Ölkədə istehsal edilən malların idxalına qadağalar olsa da bazar belə xarici malla doludur. Daxili istehsal təzyiq altındadır...
Problemlərlə bağlı tədbirlər görülür. Amma bunu xalq hiss etməlidir.
Bu gün Ərəbistan hökuməti düşüncəsiz insanların əlindədir. Dəqiq araşdırmalar göstərir ki, burada da Amerikanın əli var. Amerika nəinki terrorla mübarizə aparmır, hətta terrora yardım göstərir...

Vilayet.info


1369 بازدید
در حال ارسال اطلاعات...