Şrift ölçüsü:
A+
A
A-
Kr
20 İyul 2016

Xoş o kəsin halına ki, elminə əməl edir

Sənə kifayət edəcək qədər varındır. Sən isə tüğyana səbəb olacaq artığın dalınca gedirsən
Həzrət Peyğəmbər (s) buyurur:

Xoş o kəsin halına ki, qazancı pak, daxilən ləyaqətli, zahirən də əziz və hörmətli olsun. Xoş o kəsin halına ki, elminə əməl edir. Ey Adəm övladı! Sənə kifayət edəcək qədər varındır. Sən isə tüğyana səbəb olacaq artığın dalınca gedirsən. Nə aza qane olursan, nə də çoxdan doyursan. Xoş o kəsin halına ki, İslama hidayət olub, kifayət qədər ruzisi var, özü də bundan qanedir. Bir sifət hər kəsdə olsa dünya və axirət onun fərmanına müti olar, behiştdə haqqa müqərrəb olma səadəti əldə edər. Dedilər: “Ya Rəsuləllah, o hansı sifətdir? Buyurdu: “Təqva. Hər kəs istəsə ki, hamıdan əziz olsun, Allah qarşısında təqvalı olsun. Sonra Həzrət (s) bu ayəni oxudu: “Hər kəs ilahi təqvaya riyaət etsə Allah onun üçün (düşdüyü hər bir çətinlikdən) çıxış yolu qərar verər və ona gümanı gəlmədiyi yerdən ruzi nəsib edər.”


1214 بازدید