Şrift ölçüsü:
A+
A
A-
Kr
02 İyul 2016

İslam terrora icazə verirmi?

İsrail tərəfindən torpaqları işğal olunmuş fələstinlilər bu işğalla barışmadıqları üçün terrorist adlandırılırlar.
İslamda insanın həyatı o qədər yüksək qiymətləndirilir ki, günahsız bir insanı öldürmək hamını öldürməyə, bir insana həyat vermək bütün xalqa həyat verməyə bərabər tutulur. (“Maidə”, 32)
Cəmiyyətin asayişini pozan qatı cinayətkarlar istisna olmaqla, kimsənin həyatını əlindən almaq yolverilməzdir. İnsanın həyatına son qoymaq yalnız Allahın səlahiyyəti daxilindədir.
Qərbdə terrora belə tərif verilir: Terror bir fərdin və ya qrupun öz siyasi məqsədinə çatması üçün digər fərdə və ya qrupa qarşı amansız və vəhşi metodlardan istifadə etməsidir. “Təəssüf ki, müasir dünyamızda terrorizm məfhumu bütöv xalqlara qarşı terror aləti kimi istifadə edilir. Məsələn, İsrail tərəfindən torpaqları işğal olunmuş fələstinlilər bu işğalla barışmadıqları üçün terrorist adlandırılırlar. Şübhə yoxdur ki, on ilə yaxın bir dövrdə beynəlxalq təşkilatların “sülh danışıqlarından” bir nəticə görməyən Azərbaycan xalqı da öz torpaqlarını hərb yolu ilə azad etmək istəsə, həmin ittihamlara düçar olacaq.
İslam ədəbiyyatında “terror” mənasını “fətək” sözü ifadə edir. İslam fiqhinə görə:
1. İstənilən firqədən, məzhəbdən olan günahsız insanı istənilən bir yerdə öldürmək haramdır. İslam dini 2002-ci il 11 sentyabr tarixində NYU-Yorkda və Vaşinqtonda günahsız insanların ölümü ilə nəticələnmiş terror hadisəsini pisləyir. İstər Fələstində, istər İraqda, istərsə də Vaşinqton və NYU-Yorkda günahsız insanların qırğını İslam prinsiplərinə ziddir.
2. Cinayətkar yalnız agah və adil əmr sahiblərinin hökmü ilə qətlə yetirilə bilər.


3409 بازدید
در حال ارسال اطلاعات...