Şrift ölçüsü:
A+
A
A-
Kr
30 İyun 2016

Yaşıl ada və Bermud üçbucağı Əllamə Amuli və Ayətullah Behcətin nəzərində

Bizim dinimiz başdan-başa dəlil və əql üzərindədir.
Əllamə zul-fünun Həsənzadə Amuli deyir:
Mərhum Hacı Nuri Cəzirətul-xəzra (Yaşıl ada) barədə bir rəvayət nəql edib. Əllamə Şəranin bu məsələdə bir haşiyəsi vardır və biz onu “Hezar o yek nokte” kitabında qeyd etmişik.
O (Əllamə Şərani) buyururdu ki, Cəzirətul-xəzra indi də mövcuddur və Əndəlusun şəhərlərindən biridir. Ora çox yaşıl bir adadır. Adətən adalar hamısı yaşıl olur, amma bu ada başqa adalardan çox seçilir. Mehdi Fatimi (Fatimilər dövlətinin qurucusu) oranı öz dövlətinin paytaxtı etmişdi. Mehdi Fatimidən sonra bu ada dillərə düşdü və ağızlarda gəzdi. Bəzi nadanlar da Mehdi Fatimini həzrət Mehdi Bəqiyətullah (əc) kimi qələmə verdilər və o həzrətin Cəzirətul-xəzrada yaşadığını dedilər. Daha sonra isə Cəzirətul-xəzranı Bermud üçbucağı ilə ilgiləndirdilər. Gör nələr etdilər?!!! Bu sözlərin ardınca nələr gəldi?!!! Başqaları da bu sözləri kitablarda yazdılar.
Haqqında çox söz-söhbətlər gedən Bermud üçbucağının da hekayəsi belədir. Çox təəssüflər olsun ki, bəziləri eşitdikləri sözləri gətirib din və məzhəbə istinad verirlər. Halbuki, bizim dinimiz başdan-başa dəlil və əql üzərindədir. Allah Quranda buyurur: (Ya Rəsulum!) Onlara söylə: “Əgər (bu sözü) doğru deyirsinizsə, dəlilinizi gətirin!” (“Bəqərə” surəsi, ayə 111.)
İnsan boş və puç söz danışmamalıdır. Dediyi sözlərini sübuta yetirə bilməlidir. Bir sözü qəbul etmək üçün də təfəkkür və tədəbbür etmək lazımdır. Din, ağıl və d