Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Aprel 2016

Allahın ən çox sevdiyi əməl

“İdxalus-surur”
Rəvayətlərdə yer almış “idxalus-surur” (إِدْخَالُ السُّرُورِ) ifadəsi seyr-süluk yolunda, özünütərbiyədə əhmiyyətli mövzulardandır.
İmam Baqir (ə) buyurur: Həqiqətən, Allah üçün ən sevimli əməl möminin qəlbini sevindirməkdir. 

إِنَّ أَحَبَّ الْأَعْمَالِ إِلَى اللهِ عَزَّ وَ جَلَّ إِدْخَالُ السُّرُورِ عَلَى الْمُؤْمِنِ

Digər rəvayətdə deyilir: Möminin qəlbini sevindirməkdən üstün ibadət yoxdur. 

مَا عُبِدَ اللهُ بِشَيْ‏ءٍ أَحَبَّ إِلَى اللهِ مِنْ إِدْخَالِ السُّرُورِ عَلَى الْمُؤْمِنِ

Amma insan halal, faydalı işlərlə mömini sevindirməlidir. Bir gün həzrət Əli (ə) yoldan ötərkən bir nəfər qaçaraq ona yaxınlaşdı, həzrətin əbasını qaparaq qaçdı. Həzrət ətrafındakı adamlardan həmin şəxsin kimliyini soruşdu. Dedilər ki, təlxəkdir, belə işlərlə camaatı güldürür. Həzrət buyurdu: Ona deyin Allahın elə bir günü var ki, puç işlə məşğul olanların əli həmin gün boşdur...

Vilayet.info


1515 بازدید
در حال ارسال اطلاعات...