Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Yanvar 2016

SALEH İNSANLARIN SINAĞI VƏ SEÇİLMƏSİ

«İmam Mehdinin (ə) qeybi şiələrin imtahana çəkilməsidir»
Bəzi rəvayətlərdə bildirilir ki, əsrin imamının qeybinin hikməti saleh insanların xəlbirdən keçirilməsi və sınağa çəkilməsidir. Əmirəl-möminin Əli ibn Əbi-Talib (ə) buyurur: "And olsun Allaha, mən də, bu iki övladım da şəhid olacağıq. Allah-Taala axır zamanda mənim övladlarımdan birini bizim qanımızı almaq üçün ayağa qaldırar. O bir müddət qeybə çəkilər ki, xalq seçilsin, azğınlar məlum olsun. İş bir yerə çatar ki, nadanlar deyər: «Allahın artıq ali-Məhəmmədlik bir işi qalmayıb»".
İmam Hüseyn (ə) buyurur: «İmam Mehdi (ə) üçün qeyb dövrü vardır. Bu qeyb dövründə bəziləri dindən çıxar, bəziləri möhkəm dayanar. Kim bu qeyb dövründə düşmənlərin yaratdıqları çətinliklərə səbr etsə, Allah ona elə bir savab verər ki, sanki peyğəmbərlə yanaşı qılınc çəkib düşmənlərlə döyüşmüşdür».
İmam Baqir (ə) Fərəclə (zühurla) bağlı verilən sualı belə cavablandırır: «Şiələr ciddi bir ilahi imtahandan keçməyincə həzrət zühur etməyəcək». İmam Sadiq (ə) buyurur: «İmam Mehdinin (ə) qeybi şiələrin imtahana çəkilməsidir». İmam Musa ibn Cəfər (ə) buyurur: "Bu qeyb Allah-Taalanın öz bəndələrini imtahana çəkməsi üçündür."


1662 بازدید
در حال ارسال اطلاعات...