Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Oktyabr 2015

Ədəbiyyat və gənclərin problemlərinin həlli

“Doxtərani-aftab” kitabının müəllifi doktor Bankipurla söhbət
“Doxtərani-Aftab” (Günəşin qızları) kitabı qız və qadınların suallarının cavablandırıldığı, sadə dildə, ədəbi üsulda yazılmış bir kitabdır. Cənab Rəhbər bu kitab haqqında qeydində yazır: “Ortaya düşüncə qoyan ədəbi nəsr əsərləri arasında bu kitab iranlı yazıçıların ən gözəl kitabıdır. Ümumi əsər, onun əhvalatları şirindir. Sözləri dəqiq və məntiqidir.” İsfahan universitetinin Elmi Şura üzvü doktor Əmirhüseyn Bankipur ilə kitab haqqında Rəhbərin qeydləri haqqında söhbətləşdik. Müəllifin bundan qabaq “Mətləi-mehr” ”Del və delbəranə”, “Eyş və məaş” “Həya” kitabları çap olunub. 

Sual: “Doktərani-Aftab” romandırmı?

Cavab: Əsər roman deyil, hekayə-məqalə üslubundadır. Hekayə-məqalə üsulu bir o qədər də yayılmayıb. Amma kitabda roman ruhu yoxdur. Əsasən hekayədir, mahiyyəti isə gənclərin suallarına cavabdan ibarətdir. 

Sual: Belə bir əsər yazmaq üçün maraq haradan yarandı?

Cavab: Mən Əmir Kəbir universitetində 1375-ci ildən (təqribən 20 il öncədən) tədrislə məşğulam. Tələbələrimin mənə ünvanladığı ilk suallar qadın mövzusunda idi. Bu mövzuda xüsusi dərslərimiz olurdu, böyük mütəfəkkirlərin kitablarını tələbələrə təqdim edirdim. Amma tələbələrin bəzi suallarına həmin kitablarda cavab yox idi. Bəzən də cavablar onların istədiyi şəkildə deyildi. Buna görə qərara gəldim, tələbələrin mənə ünvanladığı bütün sualları ümumiləşdirərək onlara münasib cavablardan ibarət bir kitab hazırlayım. Sonradan kitabı romantik üslubda hazırlamaq qərarına gəldim. Dialoq üslubu seçdim. Əsərin atmosferi tələbə mühitindən qaynaqlanır. Biz tez-tez tələbələrlə səfərə çıxırdıq, düşünürəm ki, müəyyən təcrübələr əldə edirdik. Bu təcrübələr bu işdə faydalı oldu.

Sual: Qadın mövzusunda çox kitablar yazılıb. Sizin bu mövzuda yazarkən hekayə üslubunu seçməyinizin səbəbi nə oldu?

Cavab: Bu işə başlayanda tələbələrdən həmin mövzuda kitablar istədim. Kitabları araşdırdım. Əmin oldum ki, eyni üslubda kitab yazsam bu kitab da o birilər arasında itib-batacaq, oxucu onun sorağına gəlməyəcək. Düşünürdüm ki, oxucunun diqqətini necə cəlb edim? Qərara gəldim ki, hekayə dilində yazım. 
İkinci nöqtə bundan ibarətdir ki, mətnlərin hislərə təsirli olmasını nəzərdə tutmuşdum. Hekayələr elə tərtib olunurdu ki, sualı olan oxucu da özünü hekayədəki personajlardan birinə bənzədirdi. Onun daxilindəki sualı əhvalatdakı obraz dilə gətirirdi. Kitabın hazırlanmasına 4 il vaxt sərf olunub. Hər fəsli tamamlayandan sonra tələbələr arasında paylayırdım ki, irad bildirilsin. İradlar əsasında düzəlişlər aparırdım. Kitabdakı hadisələr mənim təxəyyül məhsulum deyil. Bu gənclərin yaşadığı həyatdakı hadisələrdir. 

Sual: Belə görünür ki, əslində Fatimə siz özünüzsüz. Bu doğrudurmu?

Cavab: Təqribən. Tələbələr də bunu deyir. Deyirlər ki, Fatimə (əsərdəki obraz) ustad Bankipur özüdür. Bəli, mən öz sözlərimi çox vaxt Fatimənin dilindən söyləyirəm. 

Sual: Əhvalatları izlədikcə “Fəhimənin məktubları” mövzusu üzərinə gəlirik. Bir qadının fərdi və ictimai həyatda oynuya biləcəyi rol bu obraz vasitəsi ilə çatdırılır. Nə üçün real şəxsiyyətlər olduğu halda bu obrazı seçmisiniz?

Cavab: Mən “Günəşin qızları” kitabını yazdığım zaman oxucular arasında “Fəhimənin məktubları” kitabı məşhur idi. Onun adı tanınırdı. Mərhum Fəhimənin həyat yoldaşı mənim yaxın dostlarımdan olub. Düzü mən bilmirdim ki, o Fəhimənin həyat yoldaşıdır. Bir gün ona dedim ki, kitabda “Fəhimənin məktubları” kitabından istifadə etmişəm. O dedi ki, Fəhimə mənim həyat yoldaşımdır. Bu ona çox təsir etdi, bir qədər kövrəldi. Bu hadisə səbəb oldu ki, mən Fəhimə haqqında daha çox informasiya toplaya bilim. 
Fəhimə bir kişinin xarakterinin dəyişməsində böyük rolu olmuş xanımdır. Çox ictimai və fəal fərddir. Digər tərəfdən onun fərdi təkamül yolu var. Ailəyə, həyat yoldaşına böyük diqqəti olub. İstər zahirdə, istər şəxsi münasibətlərdə dəyərli rabitələr qurub. Eyni zamanda o çox iffətli olub. Bütün bu xususiyyətlər Fəhimədə toplanmışdı. 

Sual: Siz kitabınızda iffət, həya mövzusunda çoxlu misallar göstərirsiniz. Məsələn, Atifənın itməsi, qardaşının Atifəyə münasibətdə həssaslığı, eyni zamanda iffət və həyaya biganə olan Sürəyyanın şəxsiyyəti kitabda işıqlandırılır. Bu barədə gənclər arasında da mübahisələr çox olub. Bir qədər cəmiyyətimizin həyaya olan ehtiyacından danışardınız. 

Cavab: Doğrudan da, kitab sırf iffət mövzusu üzərində qurulmayıb. Kitabda həya mövzusu qadının, xüsusi ilə iranlı müsəlman qadının öz şəxsiyyətini müdafiə etməsində sipər kimi göstərilir. Heç şübhəsiz, iranlı müsəlman qadının şəxsiyyət meyarlarından mühüm biri iffətdir. Kitab birbaşa iffət və həya haqqında olmasa da, bu mövzu diqqət mərkəzində saxlanılıb. Əgər bir şəxs iffət və həya ilə bağlı problemi tam aradan qaldırmaq istəsə şübhəsiz yanlışlığa gedəcək. Amma bu kitabda iffət məsələsi bütün digər qadın məsələləri ilə paralel şəkildə araşdırılır. 
Sürəyya obrazı üzərində işləyərkən bu tip insanların şəxsiyyətini alçaltmamağa çalışdıq. Onu məqbul insan kimi təqdim etdik. Bizim bir çox qızlarımız dorğudan da dəyərlidir, sadəcə zəif iradə səbəbindən problem yaşayırlar. Bu iffətsizlik mənasında deyil. Bu kitabda çalışmışıq ki, şəxslər yox, ictimai fikir, düşüncə üzərində işləyək. Ayrı-ayrı tiplərə hörmətlə yanaşmağa səy göstərmişik. Sürəyyanın qüsurları ilə bağlı elə bir üslubda yazmışıq ki, oxucu öz ürəyinin səsini eşitsin. 
Biz kitabda oponenti əzməmişik. Müxalif düşüncəyə də meydan vermişik. Müxaliflərin sözü ən gözəl üslubda səsləndirilir. Bu üsulu əslində Şəhid Mütəhhərindən öyrənmişəm. Şəhid Mütəhhəri marksizmdən danışarkən universitetdəki marksistlər haqqında xoş sözlər işlədir. Deyir ki, onlar Marksı gözəl tədris edir. Biz də bu üsuldan faydalanmağa çalışmışıq. 



Ümumi baxanda iffət məsələsində Fatimənin baxışı Süməyyənin baxışından fərqlənir. Süməyyə mövzuya çox sərt yanaşır. Bizim hicab və iffət sahəsində problemlərimizdən biri budur ki, bu problem örtük yox, meyl və maraq problemidir. Biz düşüncəni yox, rəftarı dəyişməyə çalışmışıq. Bu günə qədər elə bir üslubda danışmışıq ki, zəif iradə səbəbindən yanlışlığa yol verən qızlar özünü qərib hiss edir. Bir növ cəbhələşmə yaratmışıq. Belə bir şəraitdə həqiqəti demək və qəbul etdirmək mümkün deyil. Səfərin əvvəlində Fatimə ilə Süməyyə arasında olan dialoqlar səbəb olur ki, bu cəbhələşmə aradan qalxsın, gənclər həmfikir bir qrupa çevrilsin. Həmdərdlik olmasa sözdə bir olmaq mümkün deyil. Sözdə bir olmasaq, bir fikiri ötürə bilmərik. Tələbələrlə söhbətdə qəlb və sözdə bir olmaq məsələsini nəzərdə saxlamalıyıq. Adətən tələbə və müəllim özlərini ayrı-ayrı cəbhələrdə görürlər. Buna görə də söhbətdə cəbhələşmə gedir. Bəlkə də bu kitabda görülən iş iffət və hicab sahəsində cəbhələşmənin aradan qaldırılması oldu. Fatimə öz rəftarları ilə ətrafdakıların diqqətini cəlb edir. Kitabın əvvəlində Fatimə haqqında çox danışmırıq. Yalnız gənclərdəki donuşluğu açan isti rəftar görürük. 
Fatimə ilə Süməyyənin münazirələri, mübahisələri maraqlıdır. Bugünkü təbirlə Süməyyə sərtdir, Fatimə isə insaflıdır. Biz Sürəyyaya münasibətdəki rəftarlarımızı Süməyyəyə müna