Şrift ölçüsü:
A+
A
A-
Kr
17 May 2015

Yoxsulluq və xəstəlik günaha qarşı...

Möminin xəstəliyi onun günahlarının kəffarəsidir...
Tibbur-Rəsul (Peyğəmbər təbabəti)

Yoxsulluq və xəstəlik günaha qarşı...
Həzrət Peyğəmbər (s) buyurur: Allahdan yoxsulluq və xəstəlik gələndə bilin ki, günahlarınızı yumaq istəyir... Yenə buyurur: Möminin xəstəliyi onun günahlarının kəffarəsidir... Buyurur: Xəstəlik anları günahların yuyulduğu anlardır.

Bədən hərarətli olanda...
İnsan qızdırma keçirəndə onun günahları ağacdan yarpaqlar tökülən kimi tökülür... Qızdırma hər mömin üçün cəhənnəm odundan qurtuluşdur. Bir gecə qızdırma bir il günahların kəffarəsidir... Həzrət (s) buyurur: Qızdırma Allahın yer üzündə zindanıdır. Bəzən qızdırma ölümün başlanğıcı olur.

Hər zaman təmizlik!
Həzrət Peyğəmbər (s) buyurur: Həqiqətən İslam paklıqdır. Pak olun, yalnız pak insanlar behiştə daxil olar.
Saqqalınızı darayın!
Həzrət Peyğəmbər (s) buyurur: Saqqalınızı darayın, dırnaqlarınızı qısaldın. Şeytan tüklər və dırnaqlar altındadır.

Qəm-qüssəyə qarşı...
Həzrət Peyğəmbər (s) buyurur: Kim dünyada qəm-qüssə, çətinliklə qarşılaşsa belə dua etsin: “Allahu Rəbbi la uşriku bihi şəyən təvəkkəltu ələlhəyyilləzi la yəmut” Əllamə Mirza Məhəmməd Hüseyn (s) Naini zikir edir ki, rəvayətdə say bildirilməsə də bu duanın 40 dəfə oxunduqda qəbul olunması mənə sübuta yetib. 

Evdən çıxanda...
Həzrət Peyğəmbər (s) buyurur: Evdən çıxan şəxs “Bismillah” desin. Mələklər ona salamatlıqla müjdələyər. “La həvlə və la qüvvətə illa billah” desə mələklər ona deyər ki, işlərin düzəldi. Təvəkkəltu ələllah deyəndə mələklər onu bəlalardan amanda qalması ilə müjdələyər. 

Sehr-caduya qarşı...
Rəvayətdə deyilir ki, Cəbrail Peyğəmbərə (s) ona qarşı sehr edildiyini xəbər verdi. Peyğəmbər Əlini (ə) çağırıb buyurdu ki, filan quyuda sehr var, get onu gətir. Əmirəlmöminin (ə) deyilən yerə getdi, quyunun dibindən bir halğa tapıb onu Peyğəmbərə (s) gətirdi. Quyuda on bir düyün vurulmuş ip (“zihi”) vardı. Cəbrail “Nas” və “Fələq” surələrini gətirdi. Peyğəmbər buyurdu ki, Ya Əli, bu surələri düyünlərə oxu. Həzrət Əli (ə) hər ayəni oxuyanda bir düyün açılırdı. Surələr başa çatanda düyünlər açıldı və sehr batil oldu.

Gözün ağrayırsa...
Həzrət Peyğəmbər (s) buyurur ki, göz ağrıyanda bu duanı oxuyun: “Əllahummə məttəni bisəmi və bəsəri vəcəlha vəcəlhəl-varisəyni minni vənsurni əla mən zələməni və ərini fihi sari.” 

Heyvanların dəliliyinə qarşı...
Həzrət Peyğəmbər (s) buyurur: Ya Əli! Heyvan dəlilik edəndə onun sol qulağına oxu: “Və ləhu əsləmu mən fissəmavati vələrzi təvən və kərəhən və iləyhi turcəun.”

Çətinlik zamanı...
Həzrət Peyğəmbər (s) Əliyə (ə) buyurdu: Ya Əli (ə)! Bir şey səni qorxudanda ya çətinliklə rastlaşanda belə dua et: “Əllahummə inni əsəlukə bihəqqi Muhəmmədin və ali Muhəmməd ən tusəlli əla Muhəmmədin və ali Muhəmməd və ən tuncini min hazəl ğəmm.”

Qızdırmaya qarşı...
Həzrət Peyğəmbər (s) Fatimənin (s) yanına gəldi və gördü ki, Həsən (s) qızdırıb. Cəbrail nazil oldu və dedi: “Ya Məhəmməd! Həsənin qızdırmasını aparacaq dua söyləyim? Həzrət (s) buyurdu ki, bu duanı öyrət! Cəbrail dedi: “Əllahummə la ilahə illa əntəl-əliyyil-əzim, və lil-kəlimatit-tammat, vəddəəvatil-mostəcabat, həll ma əsbəğə bifulan” (Fulan sözü yerinə qızdıran şəxsin adı çəkilir). Həzrət (s) bu duanı oxudu və əlini Həsənin (ə) başına çəkdi. Allahın lütfü ilə qızdırma aradan qalxdı.

Hakimdən qorxuya qarşı...
Həzrət Peyğəmbər (s) buyurur: Başçı, hakimdən qorxu yarananda bu duanı oxusanız qurtularsınız. Məni haqq olaraq seçənə and olsun, nə vaxt bu duanı oxudumsa düşmənə qalib gəldim. Dua belədir: “Ya aliməl-ğuyubi vəssərairi ya mutaə ya əzizə ya əlimə ya haziməl-əhzabi li əhməd ya kaidə firəvnu limusa ya munci isa min əydizzulməti ya muxəlləsə nuhun minə