Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Aprel 2015

Ölkəni neftsiz idarə etmək olarmı?

Neft ucuzlaşmaqda davam edərsə, hansı addımlar atılmalıdır?
Son vaxtlar neftin qiymətinin ucuzlaşması ölkə iqtisadiyyatına cavabdeh insanları narahat etməyə başlayıb. Onlar belə bir sualla üzləşiblər ki, neft ucuzlaşmaqda davam edərsə, hansı addımlar atılmalıdır? Bir gün neft hasilatı sıfra enərsə, çıxış yolu nədir? Bu günlərdə İran İslam Respublikasında “İran neftsiz və müqavimət iqtisadiyyatının zərurətləri” adlı kitab çapdan çıxıb. Kitabda yuxarıdakı suallar cavablandırılır.
Neftin ucuzlaşması problemi aradan qalxsa belə yer üzündə neft ehtiyatlarının hər gün azalması məsullarda sual yaradır ki, bu yanacaq növü tükənən zaman nə baş verəcək? Rayihə nəşriyyatında çapdan çıxmış “İran neftsiz və müqavimət iqtisadiyyatının zərurətləri” kitabında müəllif Mehdi Mehrpur gözlənilən variantları və mümkün tədbirləri nəzərdən keçirir. Kitabda bir qrup mütəxəssis, iqtisadçılarla müsahibələr yer alıb. Onlar əvvəlcədən hazırlanmış səkkiz sualı cavablandırıblar. Cavablar toplanıb, suallar üzrə ayrıca fəsillərdə yerləşdirilib. Cavablar bəziləri istisna olmaqla xülasə şəkildədir. Hər fəsildə cavab verənlərin adı əlifba sırası ilə qeyd olunub və cavablar toxunulmadan, olduğu kimi verilib. Sualları 58 mütəxəssis cavablandırıb. Hər fəslin sonunda xülasə, nəticə verilib. Bu nəticələrdə nöqsan olması mümkündür.

Birinci fəslin sualı: Əgər bu gün sanksiyalar səbəbindən İran neft ixracını dayandırmalı olsa, hansı problemlərlə üzləşəcək? Mütəxəssislər öz cavablarında neft gəlirlərini nəzəri baxımdan araşdırıblar. İran iqtisadiyyatı 100 ilə yaxındır neftdən aslıdır. Neft satışının tam dayandırılması qısa müddətə olsa belə bütün iqtisadiyyata təsir göstərəcək. Əsas məsələ budur ki, neft satışından gələn gəlirə sərvət yox, qazanc kimi baxılıb. Bu qazanc birbaşa dövlət büdcəsinə yatırılıb. Neft gəlirləri dəyişən gəlirlərdir