Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Avqust 2020

BMT Ərəbistanın Cəvfdə qətliam törətməsini pislədi

“Əl-Cəzirə” telekanalının verdiyi xəbərə görə, BMT-nin xüsusi təmsilçisi Ərəbistanın Yəmən xalqı əleyhinə hərbi koalisiyası qüvvələrinin Cəvf əyalətinə hava hücumu və bu hücum nəticəsində 9 uşağın həlak olmasını və 12 nəfərin yaralanmasını pisləyib.
BMT-nin Yəmən məsələləri üzrə xüsusi nümayəndəsi Martin Qrifits deyib: “Hadisə yerindən verilən xəbərlərə görə, Cəvf əyalətində 9 yəmənli uşaq həlak olub və 7 nəfər yaralanıb.”
M. Qrifits əlavə edib: “Bu hücumda çoxlu sayda mülki şəxs həlak olub və biz bu hücumu pisləyirik.”
Ərəbistan rejiminin Yəmənin məzlum və müdafiəsiz xalqına qarşı cinayətləri davam edir.
Son hücumda Ərəbistan qırıcıları Cəvf əyalətini bombalamış və 9 nəfəri şəhid etmiş və 12 nəfəri yaralamışdır. Bu cinayətin qurbanlarının çoxu qadın və uşaqlardır.
Dünyanın sükutundan istifadə edən Ərəbistan mürtəce rejimi 5 ildir ki, Yəmənə qarşı ən vəhşi cinayətlərini davam etdirir, xalqın işğalçılıq qarşısında müqavimətini qırmaq üçün ümumi məkanları, toy və yas mərasimlərini, köçkün düşərgələrini, bazarları, sərnişin avtobuslarını, məktəbləri və infrastrukturları bombalamaqdan belə çəkinmir.
315 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
15.09.20, 07:40
Arıqlamaq istəyənlər...
14.09.20, 08:26
Türkiyə yenə itki verdi
Go to TOP