Şrift ölçüsü:
A+
A
A-
Kr
26 İyul 2020

Bakıda kişi bacısını və yeznəsini bıçaqladı

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Reportun məlumatına görə, hadisə Yasamal rayonunda qeydə alınıb.

1987-ci il təvəllüdlü Həmidov İsmayıl Kamil oğlu və həyat yoldaşı, 1994-cü il təvəllüdlü Sadıqova Zümrüd Vədud qızı çoxsaylı bıçaq xəsarətləri alıblar. Yaralılar təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırıblar. Müayinə zamanı İ.Həmidovun bədənində 12, Z.Sadiqovanın bədənində isə 6 ədəd kəsilmiş-deşilmiş bıçaq yaraları aşkarlanıb.

Hər iki yaralının vəziyyəti ağır olduğundan onlar reanimasiya şöbəsinə yerləşdiriliblər.

İlkin məlumata görə, hadisə ailədaxili münaqişə zəminində baş verib. Hadisəni Z.Sadıqovanın qardaşı törədib.
340 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
15.09.20, 07:40
Arıqlamaq istəyənlər...
14.09.20, 08:26
Türkiyə yenə itki verdi
Go to TOP