Şrift ölçüsü:
A+
A
A-
Kr
24 İyul 2020

Liviyada Türkiyənin iki dronu vuruldu

General Xəlifə Haftarın komandanlığı altında olan qüvvələrə bağlı “Əl-Kəramət” əməliyyat otağının informasiya mərkəzi bu gün (cümə axşamı) Sert şəhəri sərhədində Türkiyənin ikinci dronunu məhv edildiyini iddia edib.
“Afrika portalı” saytının yazdığına görə, İnformasiya Mərkəzinin bəyanatında deyilir: “Liviya Hava Qüvvələri bu gün səhər saatlarında Sert şəhərinin qərb hissəsində Türkiyəyə aid dronu məhv etmişdir.”
“Rəy əl-Yəvm” qəzeti də yazıb ki, Haftar qüvvələri bu gün səhər saatlarında Türkiyəyə aid iki dronu vurmuşdur. Onlardan birini Sert şəhərinin cənubunda, digərini isə bu şəhərin qərbində məhv edib.
Dünən Haftarın komandanlığı altında olan Liviya Milli Ordusunun mətbuat katibi general Əhməd əl-Mismari bildirib ki, Sert və Əl-Cafrə şəhərləri ötən iki gün ərzində müasir silahlar, zirehli avtomobillər, radar sistemləri və havadan müdafiə qurğuları ilə təchiz edilib.
Mətbuat katibi hər hansı döyüşə hazır olduqlarını deyib.
332 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
15.09.20, 07:40
Arıqlamaq istəyənlər...
14.09.20, 08:26
Türkiyə yenə itki verdi
Go to TOP