Şrift ölçüsü:
A+
A
A-
Kr
13 İyul 2020

Tovuzda şəhid olan əsgərlərimiz - FOTO

Azərbaycan ordusu hücum etmək əvəzinə, işğalçı ermənilər hər gün belə hücumlarla əsgərlərimizi şəhid edirlər...

Xəbər verildiyi kimi İyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib.

Düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçuları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları çavuş Sadıqov Vüqar Lətif oğlu və baş əsgər Məmmədov Elşad Dönməz oğlu şəhid olub. Həkimlərimizin səyinə baxmayaraq ağır yaralanan hərbi qulluqçumuz əsgər Daşdəmirov Xəyyam Məhəmməd oğlu da şəhid olub.

Şəhidlərimizin fotoları:

Daşdəmirov Xəyyam Məhəmməd oğlu İsmayıllı rayonunun Balik kəndindən hərbi xidmətə çağırılıb.

Sadıqov Vüqar Lətif oğlu Ağstafa rayonunun Yuxarı Göycəli kəndindən hərbi xidmətə çağırılıb.

Məmmədov Elşad Dönməz oğlu Tovuz rayonundan hərbi xidmətə çağırılıb.


188 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.07.20, 11:45
DSX-nin əsgəri öldü
Go to TOP