Şrift ölçüsü:
A+
A
A-
Kr
08 İyul 2020

Çexiyanın parlament təmsilçisi: Suriya və Liviya böhranının səbəbkarı Ərdoğandır

Çexiyanın Avropa Parlamentində təmsilçisi deyib: “Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan terrorçulara dəstəyini davam etdirməklə Suriya və Liviyada böhran yaranmasına səbəb oldu.”
Suriyanın “SANA” İnformasiya Agentliyinin verdiyi xəbərə görə, Çexiyanın Avropa Parlamentində təmsilçisi İvan David öz feyzbuk səhifəsində yazıb: “Ərdoğan çoxdandır ki, İŞİD və digər terrorçuları silahla təmin edir. Onun ailəsi də Suriya və İraq neftini oğurlayırdı.”
O, əlavə edib: “Ərdoğan bugün Liviyada düşmənçilik hərəkətlərini genişləndirməkdədir və Türkiyə gəmiləri BMT TŞ-nın silah sanksiyalarına baxmayaraq Liviyaya silah daşıyır.”
Çexiyalı jurnalist Linka Kalisprova da bu barədə deyib ki, Suriyada İŞİD və Cəbhətun-nusrə sıralarında döyüşən terrorçular indi Liviyada pul qarşılığında Türkiyə rejiminin maraqlarına xidmət edirlər.
Jurnalist vurğulayıb: “Ərdoğan rejimi öz işğalçılıq planları istiqamətində terrorçular vasitəsilə Liviyaya, onun neftinə və maraqlarına hakim olmaq istəyir.”
163 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.07.20, 11:45
DSX-nin əsgəri öldü
Go to TOP