Şrift ölçüsü:
A+
A
A-
Kr
07 İyul 2020

İşğalçı Türkiyə yenidən Həsəkə əhalisinin suyunu kəsdi

İşğalçı Türkiyə ordusu bir daha 1 milyondan çox əhalisi olan Həsəkə və onun ətraf məntəqələrinin suyunu kəsib.

Hava tempraturunun çox yüksək və əhalinin koronavirus təhlükəsi ilə üzləşdiyi bir vaxtda 12 saatdır ki, su kəsilmişdir. 

“Əl-Məyadin” telekanalının verdiyi xəbərə görə, 2019-cu ilin oktyabrında Rəsul-eyn şəhərinin işğalından sonra əhaliyə təzyiq məqsədilə su dəfələrlə kəsilmiş və 1 milyondan çox əhali susuz qalmışdır.
Həsəkə əyalətinin su təsisatının müdiri Mahmud əl-İkalə “Əl-Məyadin”-ə bildirib ki, Türkiyə ordusuna aid patul avtomobili Əlvək Su Stansiyasına yaxınlaşıb və hərbçilər stansiyanın əməkdaşlarından suyu verilməsini dayandırmağı tələb ediblər. Onlar bunun üçün heç bir səbəb göstərməyiblər.

Əl-İkalə vurğulayıb ki, hava tempraturunun yüksək olduğu və koronavirusun insanların canını təhdid etdiyi bir vaxtda suyu kəsmək Həsəkə sakinlərinə qarşı müharibə cinayəti törətmək deməkdir.
207 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.07.20, 11:45
DSX-nin əsgəri öldü
Go to TOP