Şrift ölçüsü:
A+
A
A-
Kr
26 May 2020

Rusiyada iyun ayında koronavirus peyvəndi könüllülər üzərində sınaqdan keçiriləcək

Rusiyada yeni tip koronavirus infeksiyasına qarşı peyvəndin hazırlanması ilə bağlı detallar bəlli olub.

Bu barədə rusiyalı akademik Aleksandr Gintsburq “Rossiyskaya qazeta”ya danışıb.

Alim bildirib ki, peyvəndin hazırlanması işləri Rusiya Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş plana uyğun şəkildə gedir. Tədqiqatçılar hazırda sadə gəmiricilər üzərində sınaqları başa çatdırırlar.

“Mümkün toksikliyi yoxladıq. Nəticə müsbətdir. Həmçinin meymunlar üzərində sınaqları da başa çatdırırıq – həmin sınaqlar preparatın yüksək immunogenliyini və təhlükəsizliyini təsdiqlədi”, - deyə, A.Gintsburq bildirib.

Alim deyib ki, mövcud mərhələ başa çatdıqdan sonra müsbət nəticələr qeydə alınacağı halda artıq iyun ayında Səhiyyə Nazirliyindən peyvəndin könüllü insanlarda yoxlanılması üçün icazə istəniləcək.
209 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
09.07.20, 08:29
Gəncə sakini intihar edib
Go to TOP