Şrift ölçüsü:
A+
A
A-
Kr
25 May 2020

Türkiyə daha 500 terrorçusunu Suriyadan Liviyaya göndərdi

Xəbər mənbələri Türkiyə hökumətinin daha 500 terrorçunu Liviyaya göndərdiyini bildirib. Beləliklə, Liviyada Türkiyəyə aid terrorçuların sayı 10100-ə çatıb.
Londonda yerləşən müxalifətə aid Suriya insan haqları mərkəzi bu gün (bazar günü) öz açıqlamasında Türkiyənin daha 500 terrorçunu Suriyadan Liviyaya ezam etdiyni xəbər verib.
Mərkəzin açıqlamasına görə, bu terrorçular Xəlifə Haftar qüvvələrinə qarşı döyüşmək üçün bundan əvvəl göndərilən ünsürlərə qoşulacaq.
Yeni terrorçu dəstəsinin Liviyaya göndərilməsi ilə Türkiyənin bu ölkədəki terrorçuların sayı 10100-ə çatır. Onların hamısı suriyalı deyil və müxtəlif millətlərə mənsubdurlar. Habelə, Türkiyə hərbi düşərgələrində Liviyaya göndərilmək üçün daha 3400 nəfər təlim almaqadadır.
Suriya müxalifətinə aid mərkəz bunu da vurğulayıb ki, Türkiyənin Liviyaya göndərdiyi terrorçulardan 200 nəfəri 16-18 yaşlarındadır. Onlar pul qarşılığında Liviyaya gediblər.
Habelə, ezam edilmiş terrorçulardan indiyədək 318 nəfəri öldürülüb və onlardan 18 nəfəri yeniyetmədir.
Türkiyə dəstəkli terrorçular Mutəsim, Firqətu Sultan Murad, Səqur Şimal Briqadası, Həməzat və Suleyman Şah briqadalarında döyüşürlər.
Digər tərəfdən Liviyada üsyançı general Xəlifə Haftar səs yazısında Türkiyə və Liviyada ona bağlı qüvvələri işğalçı və qarətçi adlandırıb, öz qüvvələrini Türkiyə ünsürlərinə qarşı müqəddəs cihada çağırıb.
Qeyd edək ki, Xəlifə Haftar Misir, BƏƏ və Ərəbistan tərəfindən hərtərəfli dəstəklənir.
213 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
09.07.20, 08:29
Gəncə sakini intihar edib
Go to TOP