Şrift ölçüsü:
A+
A
A-
Kr
13 May 2020

Avropa və Amerika arasında İrana görə ixtilaf dərinləşir

Avropa mətbuatı Amerikanın İran əleyhinə iki ildir ki, davam edən ən ağır sanksiya siyasətinin nəticəsiz qaldığını və Amerika və Avropa ölkələri arasında İrana görə ixtilafların dərinləşməsini yazıb.
“Europa Carnegie”-nin yazdığına görə, Avropa və Amerika arasında İrana görə ixtilaflar dərinləşir. Avropalılar təzyiqləri yenidən bərpa etmək üçün Fars körfəzinin 8 ölkəsini regional təhlükəsizlik və nüvə silahlarının genişlənməsinin qadağası kimi müzakirələrə qatmalıdır.
Amerikanın İrana qarşı iki il davam edən ən ağır sanksiyaları Vaşinqtonun gözləntilərini doğrultmadı. Halbuki, avropalılar Atlantik okeanda öz şərikləri üçün kifayət qədər müqavimət sərgiləyə bilmədilər. Bundan da pisi, ABŞ siyasətinin geniş Fars körfəzi regionunda sabitsizlik yaratması oldu. Bunun da Avropa üçün birbaşa pis nəticəsi vardır və təhdid sayılır.
Bu səbəbdən Avropa Birliyinə üzv ölkələr və İngiltərə İslam Respublikası ilə daha geniş münasibətlər qurmaq ardınca olmalıdır və regionun problemlərinə daha geniş yanaşmalıdırlar.
Yaxşı başlanğıc sayılan İranla beynəlxalq nüvə sazişinin hələ də yaşamasına diqqət etməklə, avropalılar bu sazişin bəzi maddələrinə yenidən baxmalıdırlar. İran, İraq və Fars Körfəzi Əməkdaşlıq Şurasının 6 ərəb ölkəsini regional təhlükəsizlik barədə müzakirəyə qatmaq lazımdır. Onlar hələ vaxtı çatmamış hərtərəfli bir təhlükəsizlik təklifi etmək əvəzinə regional səviyyədə addım-addım siyasətini izləməlidir, regionun sabitliyi və nüvə silahlarının yasağı ardınca olmalıdır.
135 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
01.06.20, 08:34
İyunda hava necə olacaq?
25.05.20, 09:07
Rusiya və Çin...
Go to TOP