Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Mart 2020

Dünyada korona şoku: ən sürətli artım ABŞ-dadır

Koronavirus pandemiyasının dünya üzrə yayılması ilə bağlı son statistika açıqlanıb.

Ən son məlumata görə, koronavirusa 658.205 nəfər yoluxub. Onlardan 30.442 nəfər dünyasını dəyişib, 141.419 nəfər sağalıb.

Koronavirusa yoluxma halı yenə ən çox ABŞ-da müşahidə edilir. Bu ölkədə virusa yoluxanların sayı 120.204-ə çatıb. Yoluxanlardan 1.996 nəfər dünyasını dəyişib. Son sutkada yoluxma 16.078, ölüm isə 300 nəfərdir.

İtaliyada 92.472 nəfər yoluxub ki, onlardan 10.023 nəfər dünyasını dəyişib. İtaliyada son sutkada yoluxma 5.974, ölüm isə rekord həddə - 889 nəfərdir.

Çində 81.394, İspaniyada 72.335, Almaniyada 57.695, Fransada 37.575.

İspaniyada son sutkada 662 (ümumi 5.820) ölüm faktı qeydə alınıb ki, bununla da ölkə ikinci yerə çıxıb.

Çində son sutkada bu virusdan cəmi 3 nəfər dünyasını dəyişib, Fransada 319 (ümumi 2.314), Almaniyada 79 (ümumi 430) nəfər ölüb.
219 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
25.05.20, 09:07
Rusiya və Çin...
19.05.20, 09:58
Türkiyə ordusu itki verdi
Go to TOP