Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Mart 2020

ABŞ koronada Çini də keçdi: ən çox ölüm isə... - Son məlumat

Dünya üzrə koronavirusa yoluxma halı 525 min 605-ə çatıb.

Ən son məlumata görə, yoluxanlardan 123 min 329 nəfər sağalıb, 23.711 nəfər isə dünyasını dəyişib.

Ən çox yoluxmanın baş verdiyi "ilk beşlik" dəyişib. Belə ki, ABŞ-da bugünkü yoluxmada baş verən kəskin artımla (13.785) ümumi yoluxanların sayı 81.996-ya çatıb və Çini (81.285) üstələyib.

İtaliya 80.589 yoluxma ilə 3-cü, İspaniya 56.347 yoluxma ilə 4-cü, Almaniya 43.646 yoluxma ilə beşinci yerdədir.

Bu gün koronadan ən çox ölüm İtaliyada olub - 712 nəfər. Ümumilikdə isə İtaliya bu virusdan ən çox itki verən ölkədir (8.215).

ABŞ-da bu gün koronavirusdan ölənlərin sayı 150 nəfər olub (ümumilikdə bu virus ABŞ 1.177 nəfərin həyatına son qoyub).
213 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
25.05.20, 09:07
Rusiya və Çin...
19.05.20, 09:58
Türkiyə ordusu itki verdi
Go to TOP