Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Mart 2020

“30 min NATO əsgərindənsə, bir maska yaxşıdır”

Çin və Rusiya Avropa Birliyi və NATO-nu parçalayır: Bir güllə belə atmadan...

Çin və Rusiya Avropa Birliyi və NATO-nu bütün dünyanın gözü qarşısında parçalamaqdadır.

Son günlər Çin və Rusiyanın koronavirusdan əziyyət çəkən Avropa dövlətlərinə göstərdiyi yardılmlar Avropa Birliyi və NATO-ya olan baxışları köklü surətdə dəyişməkdədir. Belə ki, Fransa və Almaniyadan yardım xahiş edən İtaliyanın istəyinin cavabsız qalması, əksinə, hər iki dövlətin maska və digər tibbi avadanlıqların ölkədən çıxışına qadağa qoyması, Avropa Birliyi dövlətləri arasındakı ənənəvi həmrəyliyin mahiyyət etibari ilə başa çatması kimi dəyərləndirməkdədir.

Habelə, İtaliya, Slovakiya və digər Avropa dövlətlərinə Çin və Rusiyanın həkim, tibbi təchizat və s.kimi vasitələrlə yardım etməsi, ölüm-dirim savaşında həyati dəstəyin “umulmayan”, yaxud “düşmən” dövlətlər tərəfindən göstərilməsi Avropa Birliyi və NATO-nun səmimiyyətinə olan inamı alt-üst edib. Siyasi ekspertlər hesab edir ki, Rusiya və Çinin bu yardımları Avropa Birliyi və NATO-nu parçalaya, onların varlığına son qoya bilər. Artıq Avropada “30 min NATO əsgərindənsə, bir maska yaxşıdır” deyimi sürətlə yayılmaqda, özünə çoxsaylı tərəfdarlar toplamaqdadır. Politoloqların fikrincə, Qərbdə başlayan bu tendensiya Avropa toplumunun Çin və Rusiyaya könüllü “təslim olması” ilə yekunlaşa bilər. Bu isə Avropanın Çin və Rusiya tərəfindən mənəvi-psixoloji zəbti deməkdir.
77 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP