Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Mart 2020

Yol polisi tabut daşıyan avtomobili saxladı

Türkiyənin Bolu şəhərində əhaliyə koronavirusla bağlı qeyri-adi xəbərdarlıq mesajı verən şəxs yol polisi tərəfindən saxlanılıb.

Türkiyə mediası xəbər verir ki, şəhərdə yaşayan 32 yaşlı Murat Çalık adlı şəxs idarə etdiyi “Hyundai Accent” markalı, 14 AJ 048 nömrə nişanlı avtomobilin üstünə balaca tabut yerləşdirib. O, tabutun üzərində “əgər but abut sənə və ya sevdiyin insane aid olmasını istməirsənsə, evdə qal” sözlərini yapışdırıb.

Gün ərzində maşınla Boluda hərəkət edən şəxs yol polisi tərəfindən saxlanılıb. Polis M.Çalıka avtomobilin üzərinə qadağan olunmuş qurğu yerləşdirmə və elan yapışdırma maddəsi ilə cərimə kəsib. Həmçinin onun barəsində qərar çıxarılması üçün material məhkəməyə göndərilib.

Qeyd edək ki, M.Çalıkın həyata keçirdiyi aksiya əhalidə qorxu və maraqla qarşılanıb. Sürücü isə etdiyin hərəkətin qanunza zidd olmasını bilmədiyini deyib.
71 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP